Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib
  • Bu türk ölkəsi eneji içkilərini qadağan edir
  • Onlara da məcburi köçkün statusu veriləcək
  • Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
  • Gəncə-Mingəçevir-Gəncə istiqamətində əlavə reyslər təyin edildi
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • Dövlət başçısı bu qanunu təsdiqlədi
  • Ağıllı saatlara görə aksiz vergisi alınacaq - Hər birinə 20 manat
  • Prezident fərman imzaladı
  • Bir qrup media nümayəndəsi təltif edildi
  • Ağstafada müəllimlər arasında Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib
  • Başçı oğlunu aldadan qardaşlar həbs olundu
  • Bakıda dünya çempionatının açılış mərasimi olub - Foto/Video
  • Ağstafada Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası...
  • Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək
  • Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz
  • Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda
  • Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol - Video
  • Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
  • Orqanizmdə daş yaranan dörd nahiyə: Bəziləri təhlükəli nəticələrə səbəb olur
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib

  • Tarix: Bu gün, 20:09

6 il əvvəl, 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri kimi yaddaşlara əbədi həkk olundu. 44 günlük haqq savaşımızda qazanılan qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günükimi təntənəli şəkildə qeyd edilir. Ölkə Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.

Mediaxeberleri.Az xəbər verir ki, noyabrın 5-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib.

“Qızıl Qaya” şadlıq sarayında təşkil olunmuş bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbələri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə, müəssisə və təşkilat rəhbərləri, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi, eləcə də digər döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalmış igid Vətən oğullarının ailələri, qazilər, müharibə iştirakçıları, rayon ziyalıları, sərhədçilər, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən yolunda canlarını fəda edən qəhrəman şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən igid Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.

Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktrisası Zəmanə Dərviş və Yusif Qoca 8 Noyabr – Zəfər Gününə, şanlı Zəfərimizin 6-cı ildönümünə həsr olunmuş bayram tədbirində iştirak edən şəhid ailələrini, qaziləri salamlayıb, əlamətdar gün münasibətilə səmimi təbriklərini çatdırıblar. Aparıcılar Tarixi Qələbəmizi bizə bəxş edən, torpaq uğrunda canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin daim qəlblərdə yaşayacaqlarını, bir ömür boyu onlara borclu və minnətdar olduğumuzu, daim onları yaşadacağımızı vurğulayıblar. Bugünkü bayram tədbirinin də məhz bu amala xidmət etdiyini qeyd ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, şəhidlərimizlə, qazilərimizlə, hazırda səngərdə Vətənin keşiyində dayanan əsgərlərimizlə hər bir ölkə vətəndaşının qürur duyduğunu dilə gətiriblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək şəhid ailələrini və qazilərimizi xalqımızın şanlı tarixinin ən qürurlu səhifələrindən biri olan 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı bu gün Azərbaycan xalqı üçün sadəcə bir bayram deyil, milli birliyin, Vətən sevgisinin, sarsılmaz iradənin və qəhrəmanlığın təntənəsi olduğunu söyləyib. 8 Noyabr – Zəfər Gününün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun həm döyüş meydanında, həm də beynəlxalq müstəvidə əldə etdiyi ədalət və suverenliyin simvolunu özündə təcəssüm etdirdiyini qeyd edib. Bu qələbənin qürurumuz, dövlətçiliyimizin gücü və gələcək nəsillərə tarixi mirasımız olduğunu, bu gün böyük qürurla qeyd etdiyimiz Zəfərimizin siyasi və strateji müəllifinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, tarixi missiyanın iştirakçıları olan, üçrəngli bayrağı qəlbində gəzdirib ən uca zirvələrə qaldıran Azərbaycan əsgəri, canlarını fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz olduğunu dilə gətirib. Bu gün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Qazilərimizə möhkəm cansağlığı, şəfa və uzun ömür arzulayırıq. Qarabağ torpaqlarında ucalan bayrağımız şəhidlərimizin ruhunu, xalqımızın şərəfini və dövlətimizin gücünü təcəssüm etdirir. Zəfər Günü bizə bir daha sübut etdi ki, xalq və dövlət bir olduqda, Vətən sevgisi hər şeydən üstün tutulduqda qarşıya qoyulan ən böyük məqsədlərə belə nail olmaq mümkündür. Bu gün biz azad, güclü və qalib Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyərək, onların qazanmış olduğu bu azadlığı qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. İllər, qərinələr, hətta, əsrlər gəlib keçəcək, amma 8 Noyabr - Zəfər Günü hər bir azərbaycanlının ürəyində əbədi yaşayacaq. Bizim borcumuz bu Zəfəri qorumaq, şəhidlərimizin əziz xatirəsini yaşatmaq, müstəqil və güclü Azərbaycanımızın inkişafı naminə çalışmaqdır. Zəfəri qorumaq üzərimizə düşən milli məsuliyyətdir, həm keçmişimizin qəhrəmanlıq salnaməsinə ehtiram, həm də gələcək nəsillərə ötürəcəyimiz əmanətdir.

Bayram tədbirində iştirak edən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2 dəfə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı. ehtiyatda olan polkovnik-leytenant İsgəndər Mustafayev, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Amil  Göyüşov, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, gizir Elvin Orucovun anası Səidə Orucova, Milli Qəhrəman Alı Mustafayevin bacısı Maral Mustafayeva və başqaları çıxış edərək əlamətdar gün münasibətilə səmimi arzularını səsləndiriblər. 8 noyabrın Azərbaycan tarixinin şanlı səhifələrindən biri, xalqımızın birliyinin, ordumuzun gücünün, əsgər və zabitlərimizin qəhrəmanlığının təntənəsi kimi yaddaşlara qızıl hərflərlə yazıldığını vurğulayıblar. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının öz iradəsini, əzmini və yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdiyini, Müzəffər Azərbaycan Ordusunun torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıqlar göstərdiklərini bildiriblər. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etməyin, onların ailələrinə diqqət və qayğı ilə yanaşmağın hər birimizin mənəvi borcu olduğunu, dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən qayğının məhz şəhidlərimizin əziz xatirəsinə olan ehtiramın ifadəsi olduğunu qeyd ediblər. Rayonumuzda da şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğı göstərildiyini, bugünkü bayram süfrəsinin də həmin qayğının davamı olduğunu qeyd edərək buna görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra bayram tədbiri bədii hissə ilə davam edib. Gənc müğənni Nəsimi Kamaloğlu “Dur gedək Qazaxa bir salam verək”, Xalq şairi Səməd Vurğunun “Azərbaycan”, gənc Aşıq Samir Cəlaloğlu və aşıq Yaşar Gülümcanov Xalq şairi Səməd Vurğunun sözlərinə yazılmış Şirvan bölgəsinin aşıq musiqisi, gənc müğənni Zəmanə Dərviş “Qələbən mübarək Azərbaycanım”, Nəsimi Kamaloğlu və Zəmanə Dərviş “Azərbaycan” mahnı töhfələri ilə bayram şənliyinə xoş ovqat qatıblar.


Oxunub: 21
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:09 | Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib
    Bu gün, 18:06 | Bu türk ölkəsi eneji içkilərini qadağan edir
    Bu gün, 18:04 | Onlara da məcburi köçkün statusu veriləcək
    Bu gün, 18:01 | Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
    Bu gün, 17:59 | Gəncə-Mingəçevir-Gəncə istiqamətində əlavə reyslər təyin edildi
    Bu gün, 16:11 | Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Bu gün, 16:09 | Dövlət başçısı bu qanunu təsdiqlədi
    Bu gün, 16:07 | Ağıllı saatlara görə aksiz vergisi alınacaq - Hər birinə 20 manat
    Bu gün, 16:05 | Prezident fərman imzaladı
    Bu gün, 16:02 | Bir qrup media nümayəndəsi təltif edildi
    Bu gün, 15:06 | Ağstafada müəllimlər arasında Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib
    Bu gün, 13:34 | Başçı oğlunu aldadan qardaşlar həbs olundu
    Bu gün, 13:32 | Bakıda dünya çempionatının açılış mərasimi olub - Foto/Video
    Bu gün, 12:58 | Ağstafada Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası...
    Bu gün, 12:52 | Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək
    Bu gün, 12:47 | Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz
    Bu gün, 12:44 | Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda
    Bu gün, 07:49 | Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol - Video
    Bu gün, 07:46 | Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
    Bu gün, 07:44 | Orqanizmdə daş yaranan dörd nahiyə: Bəziləri təhlükəli nəticələrə səbəb olur
    Bu gün, 07:41 | Baş redaktorun oğlu və gəlini dul qadını aldatdılar: Elvin Məhərrəmov həbs edildi - Foto
    Bu gün, 07:10 | Noyabrın 8-nə qədər çox şanslı olacaq BÜRCLƏR
    Bu gün, 07:09 | Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
    Bu gün, 07:07 | Şöbə rəhbəri xəstəxananın baş həkimi oldu - FOTO
    Bu gün, 07:05 | İmmuniteti gücləndirməyin ən asan yolu...
    Bu gün, 07:03 | Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır
    Bu gün, 01:31 | UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"ə uduzdu
    Bu gün, 01:04 | "Liverpul" Türkiyədə büdrədi, "Fənərbağça"dan vacib qələbə
    Bu gün, 01:01 | Şəhid Bilal Qənbərovun son arzusu: "Şuşaya bayraq sancıb qayıdacağam" - Video
    Bu gün, 00:57 | Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat
    Dünən, 22:54 | Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
    Dünən, 22:52 | Azərbaycanda ova gedən restoran sahibinin meyiti tapıldı
    Dünən, 22:50 | Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
    Dünən, 22:48 | Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Dünyaya günəş kimi doğan Azərbaycan” mövzusunda tədbir keçirilib
    Dünən, 22:21 | Fermerlərin və əkin sahələri olanların diqqətinə: Dəstək artırılır
    Dünən, 21:10 | Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
    Dünən, 21:02 | Büdcəyə bu vergidən daxilolmalar azalacaq
    Dünən, 20:57 | Biz əməkdaşlığa can atırıq - Putin
    Dünən, 20:49 | Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
    Dünən, 20:46 | Azərbaycanda təbii qaz hasilatında artım
    Dünən, 20:24 | Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
    Dünən, 19:43 | Valideyn qocalanda övlad baxmaq istəmirsə, cəzası varmı? - ARAŞDIRMA
    Dünən, 19:39 | Vətən müharibəsi şəhidi Babək Həsənovun ildönümündə əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 19:16 | Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
    Dünən, 19:02 | UEFA Gənclər Liqası: “Qarabağ” mübarizəni dayandırdı
    Dünən, 18:58 | TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    Dünən, 18:54 | Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
    Dünən, 18:52 | KTMT Ermənistanın hüquqlarını dondurmağa hazırlaşır - İrəvan isə təşkilatdan uzaqlaşır
    Dünən, 18:51 | Prezident İlham Əliyevə təbriklər gəlir - Yenilənir
    Dünən, 18:11 | Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi - SİYAHI
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.