Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmin vaxt çayxanada olan bir neçə nəfər spirtli içki qəbul edirmiş. Ananın sözlərinə görə, dörd nəfər oğlunu döyüb, daha sonra onlardan biri evdən bıçaq gətirərək ona xəsarətlər yetirib: "İkisini boynunun arxasından, birini də ağciyərinə vurublar. Mənim oğlum malyardır, sənətkardır. Onlar içkili olublar. Oğlum sadəcə səs-küy salmamalarını deyib. Dörd oğlan onu döyüb, yıxılandan sonra üstünə düşüblər. Sonra gedib evdən bıçaq gətirərək bıçaqlayıb qaçıblar. Mənim uşağımı qəssab kimi doğrayıblar", - deyə anası bildirib. Qeyd edək ki, hadisəni törətməkdə 17 yaşlı yeniyetmə şübhəli bilinir. Qazax rayonunda 33 yaşlı Xanlar Vəkilovun bıçaqlanmasının təfərrüatı məlum olub. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün öncə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb. Kənd sakini, 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb. Məlumata görə, hadisə söyüşə görə baş verib. X.Vəkilov orta məktəb şagirdini söyüb. Şagird də həmin gün axşam saatlarında evdən götürdüyü bıçaqla X.Vəkilova zərbələr endirib. Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində bıçaqlanan şəxs Azərbaycanın mərhum Xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir.





















