Bərdədə tonlarla yerkökü əkin sahələrində qaldı - VİDEO
Bərdə rayonu, Soğanverdilər kəndində tonlarla yerkökü əkin sahələrində qalıb. Kənddə həm yerli, həm də xarici sort yerkökü əkini həyata keçirilir. Fermerlər bildiriblər ki, məhsul ucuz olsa da, alıcısı yoxdur. “Məhsul boldur, amma qiymət aşağıdır. Bu da məhsulun maya dəyərini ödəmir”, - deyə təsərrüfat sahibi Rafiq Ələsgərov deyib. Qeyd edək ki, bu il Bərdədə 265 hektardan çox ərazidə yerkökü əkilib. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur. Mütəxəssislər bildiriblər ki, qiymətin aşağı düşməsinə səbəb məhsulun çox əkilməsi ilə yanaşı, həm də Rusiya bazarlarına çıxışın az olmasıdır. Ətraflı Baku TV-nin süjetində:
Oxunub: 732
Xəbəri paylaş
Paylaş: