"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan çempionu olan Tovuz təmsilçisi 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olub. Görüş “Turan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasındakı cavab görüşü noyabrın 11-də Tovuzda keçiriləcək. Xatırladaq ki, "Turan" 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasını üstələyib - 3:0, 3:2.
Oxunub: 20
Xəbəri paylaş
Paylaş:





















