Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Gəncə şəhərində 88 yaşlı qadın qətlə yetirilib. Mediaxeberleri.Az oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 28-də Gəncə şəhəri, H.Z.Tağıyev küçəsində yaşayan 1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda qocalığa görə ölməsi ilə bağlı yaxınlarına məlumat verilib. Polis əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib. Şübhəli şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Oxunub: 20
Xəbəri paylaş
Paylaş:





















