Tiflisdə telekanal binası yanır - Foto
Tiflisdə “Formula” televiziya kanalının yerləşdiyi “Delisi” biznes mərkəzinin 12-ci mərtəbəsində yanğın başlayıb. Mediaxeberleri.Az APA-ya istinadla xəbər verir ki, Vaja Pşavela prospektindəki binanın daxilində və ətrafında qatı tüstü müşahidə olunur. Yanğın səbəbindən telekanalın yayımı müvəqqəti dayandırılıb. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















