“Azərsığorta”nın lisenziyası ləğv edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərsığorta” ASC-nin lisenziyasını ləğv edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 31-də Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta”nın fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Fərman əsasında AMB-nin İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə səhmdar cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv olunub. Həmçinin Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla fevralın 12-də “Azərsığorta”nın ləğvi üçün ləğvetmə komissiyası yaradılıb.
Oxunub: 323
Xəbəri paylaş
Paylaş: