Azərbaycan Kuboku: Bu gün son iki yarımfinalçı müəyyənləşəcək
Futbol üzrə Azərbaycan Kubokunda bu gün son iki yarımfinalçının adına aydınlıq gələcək. Mediaxeberleri.Az xəbər verir ki, 1/4 final mərhələsinin bugünkü ilk cavab oyununda “Qəbələ” - “Araz-Naxçıvan”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda reallaşacaq qarşılaşma saat 16:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1. Bu cütün qalibi “Zirə”yə rəqib olacaq. Bu raunda “Neftçi” - “Sumqayıt” görüşü ilə yekun vurulacaq. Oyun saat 19:00-da start götürəcək. Sumqayıtdakı ilk matçda “ağ-qaralar” qələbə qazanıb - 3:2. Mərhələ adlayan tərəf yarımfinalda “Qarabağ”la üz-üzə gələcək. Azərbaycan Kuboku 1/4 final, cavab oyunları 9 fevral 16:00. “Qəbələ” – “Araz-Naxçıvan” İlk oyun - 1:1 19:00. “Neftçi” – “Sumqayıt” İlk oyun - 3:2 Qeyd edək ki, daha əvvəl “Zirə” və “Qarabağ” yarımfinala yüksəlib.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”