Rusiyanın bu şəhəri su altında qaldı
Soçidə güclü yağış səbəbindən yollar qismən su altında qalıb, təbiətin tüğyan etməsi nəticəsində Rusiya şəhərinin sakinlərinin avtomobilləri də zədələnib. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə Soçi "Telegram" kanalları məlumat yayıb. Vinoqradnıy zolağında yağış yolun hərəkət hissəsini çaya çevirib, Çebrikova küçəsini də su basıb. Eyni zamanda, Transportnaya küçəsində lyukdan çirkli su fəvvarəsi çıxır. Nəşrin müəllifləri həmçinin Krasnodar diyarında fırtına xəbərdarlığının elan edildiyini bildiriblər.
Oxunub: 487
Xəbəri paylaş
Paylaş: