Dünyanın ən böyük futbol klubları açıqlanıb
“FourFourTwo” nəşri dünyanın ən böyük futbol klublarının reytinq cədvəlini açıqlayıb. Mediaxeberleri.Az xəbər verir ki, komandalar tarixi, titulları, sərvəti, stadionu, azarkeşləri və sosial şəbəkə izləyicilərinin sayına əsasən sıralanıblar. 32 klubun yer aldığı siyahıya İspaniya “Real Madrid”i başçılıq edir. İspaniyanın digər təmsilçisi “Barselona” ikinci yerdə qərarlaşıb. İngiltərənin “Mançester Yunayted” komandası isə üçüncü sırada yer alıb. Siyahıya Türkiyənin “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” kollektivləri daxil edilib. Dünyanın ən böyük futbol klubları: 1. “Real Madrid” (İspaniya) 2. “Barselona” (İspaniya) 3. “Mançester Yunayted” (İngiltərə) 4. “Bavariya” (Almaniya) 5. “Liverpul” (İngiltərə) 6. “Yuventus” (İtaliya) 7. “Milan” (İtaliya) 8. “Mançester Siti” (İngiltərə) 9. “Çelsi” (İngiltərə) 10. “İnter” (İtaliya) 11. PSJ (Fransa) 12. “Arsenal” (İngiltərə) 13. “Ayaks” (Niderland) 14. “Borussiya” (Dortmund, Almaniya) 15. “Atletiko” (İspaniya) 16. “Tottenhem” (İngiltərə) 17. “Roma” (İtaliya) 18. “Benfika” (Portuqaliya) 19. “Napoli” (İtaliya) 20. “Boka Xuniors” (Argentina) 21. "River Pleyt" (Argentina) 22. “Qalatasaray” (Türkiyə) 23. “Portu” (Portuqaliya) 24. “Flamenqo” (Braziliya) 25. “Korintians” (Braziliya) 26. “Fənərbağça” (Türkiyə) 27. “Valensiya” (İspaniya) 28. “Sao Paulo” (Braziliya) 29. “Marsel” (Fransa) 30. “Beşiktaş” (Türkiyə) 31. “Seltik” (Şotlandiya) 32. “Reyncers” (Şotlandiya)