Müharibə gedən ölkələrlə Azərbaycanın ötənilki TİCARƏTİ
Hazırda müharibənin davam etdiyi İsrail, Ukrayna və Rusiya ilə Azərbaycanın ötən il üzrə ticarət dövriyyəsi açıqlanıb. Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata görə, ötən il Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 353,7 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2022-ci illə müqayisədə 74,6% azdır. Hesabat dövründə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi isə 4,3 milyard dollar həcmində olub. Bu, 2022-ci illə müqayisədə 17,4% çoxdur. Ötən il Azərbaycanla İsrailin ticarət həcmi isə 1,4 milyard dollar olub. Bu göstərici illik müqayisədə 16% azdır. Eyni zamanda, ötən il Azərbaycanla Fələstinin ticarət həcmi 652,9 min ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 20,3% çoxdur.
Oxunub: 255
Xəbəri paylaş
Paylaş: