"Leyla Medical Center"-in külli miqdarda vergi borcu yaranıb - DETALLAR
Qlobal.az xəbər verir ki, "Leyla Medical Center"-in hazırda (18.01.2024) dövlətə 12.142 manat vergi borcu var.
Tibb müəssisənin vergi borcunun yaranmasının səbəbi izah edilmir.
Klinikanın nizamnamə kapitalı 20 manatdır.
Elnur Vahabov
"Leyla Medical Center" MMC-nin qanuni təmsilçisi Vahabov Elnur Ramizoviçdir. Elnur Vahabov eyni zamanda klinikanın direktoru vəzifəsini icra edir.
"Leyla Medical Center" Bakının ən böyük tibb müəssisələrindəndir.
Burada Cərrahiyə, Flebologiya, Laboratoriya, Travmotologiya, Oftalmologiya, Otorinolarinqologiya, Neonatologiya və Pediatriya, Qastroenterologiya, İnstrumental diaqnostika, Terapiya, Uro-andrologiya, Kardiologiya, Nevrologiya, Endokrinologiya və dietologiya, Allerqologiya, Dermatokosmetologiya və Pulmonologiya şöbələri fəaliyyət göstərir.
Xatırladaq ki, "Leyla Medical Center" 1999-cu ildə əsası qoyulmuş "Leyla Şıxlinskaya Klinikası"nın bazasında formalaşıb. 2019-cu ildə "Leyla Şıxlinskaya Klinikası"nın adı dəyişdirilərək "Leyla Medical Center" olub.