Qadınlar artıq bu yaşdan pensiyaya çıxa biləcək
2024-cü ilin iyulun 1-dən pensiyaya çıxmaq istəyən qadınlardan 64 yaşının olması tələb ediləcək. Qanuna əsasən, qadınlar 2024-cü ilin iyulun 1-dən 2025-ci ilin iyunun 30-na kimi 64 yaşında pensiyaya çıxa biləcək. Mediaxeberleri.Az xəbər verir ki, indiyə qədər qadınlar 63 il 6 ayında pensiyaya çıxa bilirdilər. Yaşı uyğun gələn şəxslərin pensiyaya çıxa bilməsi üçün iki şərtdən biri ödənilməlidir. Pensiya yaşına çatan şəxslərin ya pensiya kapitalı minimum pensiya kapitalından (hazırda 40 320 manatdır – red.) çox olmalı, ya da ən azı 25 il sığorta stajına sahib olmalıdırlar. Pensiya kapitalı anlayışı iki hissədən – fərdi uçot sistemində yığılan pensiya kapitalından və güzəşt müddətinə görə hesablanan əlavə pensiya kapitalından ibarətdir. Qeyd edək ki, əlavə stajların hər ilinə görə 306 manat (bu məbləğ inflyasiyaya uyğun olaraq hər il artırılır – red.) pensiya kapitalı hesablanır. Əlavə staja görə kapital da hesablandıqda pensiya yaşına çatan bu şəxsin pensiyası 347,22 manat yox, 388,16 manat təşkil edəcək. Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.