Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • Başçı oğlunu aldadan qardaşlar həbs olundu
  • Bakıda dünya çempionatının açılış mərasimi olub - Foto/Video
  • Ağstafada Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası...
  • Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək
  • Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz
  • Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda
  • Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol - Video
  • Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
  • Orqanizmdə daş yaranan dörd nahiyə: Bəziləri təhlükəli nəticələrə səbəb olur
  • Baş redaktorun oğlu və gəlini dul qadını aldatdılar: Elvin Məhərrəmov həbs edildi - Foto
  • Noyabrın 8-nə qədər çox şanslı olacaq BÜRCLƏR
  • Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
  • Şöbə rəhbəri xəstəxananın baş həkimi oldu - FOTO
  • İmmuniteti gücləndirməyin ən asan yolu...
  • Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır
  • UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"ə uduzdu
  • "Liverpul" Türkiyədə büdrədi, "Fənərbağça"dan vacib qələbə
  • Şəhid Bilal Qənbərovun son arzusu: "Şuşaya bayraq sancıb qayıdacağam" - Video
  • Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat
  • Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Xankəndinin təhvil-təslim mərhələsi başlayır: Paşinyan “Vaqner”i Ermənistana niyə “gətirdi”

  • Tarix: 10-09-2023, 21:10

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putindən küsüb, ona görə də, Kreml sahibini regiondakı vəziyyəti müzakirə etdiyi dövlət liderlərinin sırasına daxil etməyib... Kreml isə Rusiyanın "təxribat emissarı"nın dili ilə Paşinyan hakimiyyətini təhdid edir, Ermənistanda mümkün hakimiyyət çevrilişinin açıq anonsunu verir və bu hədəfinə çatmaq üçün tələsdiyini də gizlədə bilmir...

Azərbaycan və Ermənistan arasında hərbi-siyasi gərginlik artıq olduqca təhlükəli görüntülər almağa başlayıb. Rəsmi İrəvanın hərbi təxribatları hər an genişmiqyaslı silahlı toqquşmalara yol aça bilər. Çünki mövcud situasiya indi artıq real savaş mərhələsinə keçmək üzrədir. Və hazırda yaranmış vəziyyətə görə isə hərbi təxribatları törədən Ermənistan məsuliyyət daşıyır.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti son davranışları ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq-aşkar təhdid edir. Rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarından hələ imtina etmədiyini də dolayısı ilə təsdiqləyir. Hər halda, rəsmi İrəvanın Azərbaycanın Qarabağ bölgəsində olan Ermənistan ordusunun tör-töküntülərini hələ də bölgədən çıxartmaması, erməni separatçı-terrorçulara dəstək verməsi regionda sülhə və sabitliyə əsas təhlükədir. Ona görə də, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması, üzünmüddətli sabitliyə nail olunması üçün mütləq Ermənistan ordusunun qeyri-qanuni silahlı dəstələri ən qısa zamanda Azərbaycan ərazisindən çıxarılmalıdır. Və erməni separatçı-terrorçuların qondarma "qurumları" ləğv edilməlidir. 

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistana və onun beynəlxalq himayədarlarına artıq bu barədə sərt xəbərdarlıq etmişdi. Nazirlik vurğulamışdı ki, qeyri-qanuni "qurum"un "prezident"inin planlaşdırılan qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda məqbul və qəbuledilən deyil.

Ancaq görünən odur ki, Paşinyan hakimiyyəti və erməni separatçı-terrorçular rəsmi Bakının xəbərdarlığının nə demək olduğunu anlamaqda hələ də çətinlik çəkirlər. Hər halda, Qarabağdakı erməni separatçı-terrorçulara 22 səslə yeni rəhbərin "seçilməsi" rəsmi Bakının bu bölgə ilə bağlı atacağı bütün addımlara legitimlik qazandırdı. Və bundan sonra Azərbaycan öz suveren hüquqlarını təmin etmək üçün ən radikal addımlar atmaqdan çəkinməyəcək.

Üstəlik, onu da nəzərə almaq lazımdır ki, indiyə qədər Qarabağda reallaşdırılan hüquqi cinayətə münasibət bildirən beynəlxalq qurumlar və dövlətlər qondarma "seçki"ni tanımadıqlarını birmənalı şəkildə bəyan ediblər. Yəni, erməni separatçı-terrorçular beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərdiklərinin növbəti dəfə gündəmə gətirilməsinə səbəb vermiş oldular. Beynəlxalq hüquq normalarına uyğun olmayan qondarma "qurumlar" isə Azərbaycan ərazisində fəaliyyət göstərə bilməz. Və rəsmi Bakı cəmisi 22 cinayətkarın istəyi ilə Azərbaycan ərazisində erməni terrorçuların "boz zona"sının mövcudluğuna imkan verməz.

Böyük ehtimalla ən yaxın vaxtlarda erməni separatçı-terrorçular ilə bağlı məsələnin həlli Azərbaycan ordusuna həvalə olunacaq. Bu sahədə böyük təcrübəsi olan Azərbaycan ordusu isə çox qısa müddətdə, təxminən bir neçə saat ərzində Qarabağ regionunu erməni terrorizmindən təmizləyəcək. Və bu prosesin yaxın vaxtlarda başlaya biləcəyi isə artıq qətiyyən şübhə doğurmur. 

Bütün bunlar onu göstərir ki, Qarabağ regionunun gələcək taleyi ilə bağlı məsələ həllini tapmaq üzrədir. Tezliklə Xankəndinin öz həqiqi sahibinə - Azərbaycan dövlətinə geri təhvil-təslim mərhələsi başlayacaq. Və Qarabağ ərazisinin erməni separatçı-terrorçular üçün "boz zona" olduğu dövrün sona çatdığını indi yalnız sadəlövhlər anlamaya bilərlər.

Ancaq erməni radikal-revanşistlər, eləcə də onların arxasından boylanan Rusiya Qarabağ regionundan sonuncu dəfə öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışırlar. Kreml məhz bu regiondakı erməni terrorçulardan Ermənistanda dövlət çevrilişi məqsədi ilə yararlana biləcəyinə ümid bəsləyir. Və Rusiyaya qarşı xəyanət etmiş Paşinyan hakimiyyətinin devrilməsi Kreml üçün prinsipial hədəfə çevrilmiş kimi görünür.

Rusiyanın Qarabağa göndərdiyi "təxribat emissarı" Ruben Vardanyan son açıqlaması da bunu təsdiqləyir. Bu beynəlxalq cinayətkar bildirib ki, hazırda Ermənistanı idarə edənlər səriştəsizdirlər, nə etdiklərini başa düşmürlər, təcrübələri yoxdur və öyrənmək istəmirlər: "Bəli, mən bütün "sağlam qüvvələr"lə birləşməyə və Ermənistanda hakimiyyətin tezliklə dəyişdirilməsini dəstəkləməyə hazıram”.

Göründüyü kimi, Ruben Vardanyan açıq mətnlə Ermənistanda dövlət çevrilişinə çağırış edir. Əslində isə onun dedikləri məhz Kremlin direktivlərindən ibarətdir. Çünki bu cinayətkar Rusiyanın dəstəyi olmadan Qarabağa gələ bilməzdi və Ermənistanda da hakimiyyətə iddia etmək cəsarətinə düşməzdi. Kreml məhz "təxribat emissarı"nın dili ilə Paşinyan hakimiyyətini təhdid edir və Ermənistanda mümkün hakimiyyət çevrilişinin anonsunu verir. Və Kremlin Ruben Vardanyanı belə açıq şəkildə Paşinyan hakimiyyəti ilə savaş meydanına atması o deməkdir ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi planlarının reallaşdırılmasında artıq "düymə"yə basıb və hətta tələsir. 

Əslində, Paşinyan hakimiyyəti də yaxınlaşan təhlükənin nə qədər ciddi olduğunu artıq anlayır. Ona görə də, Rusiyaya qarşı ittihamları sərtləşdirməklə, Kremllə qarşıdurmanı dərinləşdirməklə ABŞ və Qərbin dəstəyini qazana biləcəyinə ümid bəsləyir. Və hazırda Rusiya propoqanda mexanizmlərinin məhz Paşinyan hakimiyyətini açıq hədəfə çıxartması da erməni baş nazirin maraqlarına cavab verir.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan ABŞ və Qərbi vəziyyətin ciddiliyinə inandırmağa çalışır. Hətta erməni baş nazir son günlər regionda yaranmış vəziyyəti müzakirə etdiyi dövlət liderlərinin sırasına Rusiya prezidenti Vladimir Putini daxil etməyib. Halbuki, 44 günlük savaş dövründə erməni baş nazir Ermənistanı xilas etmək ümidilə davamlı olaraq, Kreml sahibi ilə telefon əlaqəsi yaradırdı. İndi bu təcrübədən imtina edilməsi Paşinyan hakimiyyəti ilə Ermənistanın yeganə hərbi müttəfiqi Rusiya arasında iplərin qopmaq üzrə olduğunu göstərir.

Digər tərəfdən, hazırda Paşinyan hakimiyyətinə yaxın mətbuat qurumları Kremlin Ermənistanda dövlət çevrilişi etmək məqsədilə "Vaqner"in 12 min nəfərlik bir qrupunu göndərdiyini iddia edir. Halbuki, bu, o qədər də inandırıcı görünmür. Çünki Kremlin Ermənistanda hakimiyyət çevrilişi üçün "Vaqner"in dəstəyinə ehtiyacı yoxdur. Rusiya bu hədəfinə daha sadə variantlar üzərindən də çata bilər. Paşinyan hakimiyyətinin "Vaqner"in Ermənistana gətirilməsində əsas məqsədi böyük ehtimalla erməni toplumunda Rusiyaya və onun "5-kalon"una qarşı müqavimət prosesini dərinləşdirməkdən ibarətdir.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

"Yeni Müsavat" Media Qrupu


Oxunub: 627
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 13:34 | Başçı oğlunu aldadan qardaşlar həbs olundu
    Bu gün, 13:32 | Bakıda dünya çempionatının açılış mərasimi olub - Foto/Video
    Bu gün, 12:58 | Ağstafada Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası...
    Bu gün, 12:52 | Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək
    Bu gün, 12:47 | Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz
    Bu gün, 12:44 | Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda
    Bu gün, 07:49 | Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol - Video
    Bu gün, 07:46 | Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
    Bu gün, 07:44 | Orqanizmdə daş yaranan dörd nahiyə: Bəziləri təhlükəli nəticələrə səbəb olur
    Bu gün, 07:41 | Baş redaktorun oğlu və gəlini dul qadını aldatdılar: Elvin Məhərrəmov həbs edildi - Foto
    Bu gün, 07:10 | Noyabrın 8-nə qədər çox şanslı olacaq BÜRCLƏR
    Bu gün, 07:09 | Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
    Bu gün, 07:07 | Şöbə rəhbəri xəstəxananın baş həkimi oldu - FOTO
    Bu gün, 07:05 | İmmuniteti gücləndirməyin ən asan yolu...
    Bu gün, 07:03 | Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır
    Bu gün, 01:31 | UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"ə uduzdu
    Bu gün, 01:04 | "Liverpul" Türkiyədə büdrədi, "Fənərbağça"dan vacib qələbə
    Bu gün, 01:01 | Şəhid Bilal Qənbərovun son arzusu: "Şuşaya bayraq sancıb qayıdacağam" - Video
    Bu gün, 00:57 | Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat
    Dünən, 22:54 | Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
    Dünən, 22:52 | Azərbaycanda ova gedən restoran sahibinin meyiti tapıldı
    Dünən, 22:50 | Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
    Dünən, 22:48 | Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Dünyaya günəş kimi doğan Azərbaycan” mövzusunda tədbir keçirilib
    Dünən, 22:21 | Fermerlərin və əkin sahələri olanların diqqətinə: Dəstək artırılır
    Dünən, 21:10 | Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
    Dünən, 21:02 | Büdcəyə bu vergidən daxilolmalar azalacaq
    Dünən, 20:57 | Biz əməkdaşlığa can atırıq - Putin
    Dünən, 20:49 | Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
    Dünən, 20:46 | Azərbaycanda təbii qaz hasilatında artım
    Dünən, 20:24 | Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
    Dünən, 19:43 | Valideyn qocalanda övlad baxmaq istəmirsə, cəzası varmı? - ARAŞDIRMA
    Dünən, 19:39 | Vətən müharibəsi şəhidi Babək Həsənovun ildönümündə əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 19:16 | Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
    Dünən, 19:02 | UEFA Gənclər Liqası: “Qarabağ” mübarizəni dayandırdı
    Dünən, 18:58 | TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    Dünən, 18:54 | Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
    Dünən, 18:52 | KTMT Ermənistanın hüquqlarını dondurmağa hazırlaşır - İrəvan isə təşkilatdan uzaqlaşır
    Dünən, 18:51 | Prezident İlham Əliyevə təbriklər gəlir - Yenilənir
    Dünən, 18:11 | Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi - SİYAHI
    Dünən, 16:57 | Nazirlik: Sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər yekun xarakter daşımır
    Dünən, 16:49 | Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - FOTO
    Dünən, 16:44 | Prezidentə təbriklər davam edir
    Dünən, 16:41 | Tiflisdə telekanal binası yanır - Foto
    Dünən, 14:33 | Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejiminə keçir
    Dünən, 14:31 | Bakıda BMV klinikaya çırpıldı - Foto
    Dünən, 14:30 | Gələn il pensiyalar neçə faiz artacaq?
    Dünən, 13:51 | "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq
    Dünən, 13:06 | 2027-ci ildə orta illik inflyasiya... - Nazir
    Dünən, 13:05 | Makler qadının 163 min manatını ələ keçirdi
    Dünən, 13:03 | Yağış yağacaq, temperatur 10 dərəcə düşəcək – Xəbərdarlıq
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.