2024-cü ilin qazanclı investisiyaları - Hansı daha etibarlıdır?
2024-cü il üçün ən sərfəli investisiya variantları qızıl və Amerika dolları olacaq. Mediaxeberleri.AZ xəbər verir ki, bunu Bunu Lenta.ru ilə söhbətində maliyyə eksperti, iqtisad elmləri namizədi Vladimir Qriqoryev deyib . "Qlobal maliyyə bazarları sarsılsa da, dollar etibarlı bir investisiya olaraq qalır. Xüsusilə nağd dollar. Bu valyutaya qoyulan investisiyalar yaxın gələcəkdə uğursuz olmayacaq. Əlbəttə ki, bazarların dəyişkənliyi və qeyri-sabitliyi səbəbindən qızılın qiyməti də artacaq” - Qriqoryev bildirib. Vladimir Qriqoryev qeyd edib ki, indi bank əmanətləri də olduqca yüksək gəlirli görünür: "Çünki adətən qış tətili ərəfəsində maliyyə təşkilatları depozitlər üzrə faizləri artırır. Bu səbəbdən çox mühafizəkar insanlar üçün bank əmanətləri daha sərfəli olacaq".