Yunanıstanda ilk dəfə gürcü güləşi üzrə Avropa çempionatı keçiriləcək
Sentyabrın 24-də Salonikidəki Qədim Yunan Amfiteatrında “Mütləq Çəki” dərəcəsində Avropa çempionatı keçiriləcək. Burada 25-dən çox ölkədən idmançılar iştirak edəcəklər. Gürcü güləşində (çidaoba) idmançılar əynində geyimlə güləşirlər. Güləşçilər möhkəm materialdan tikilmiş, qolları bükülmüş və ya heç qolu olmayan gödəkçələr və şalvar geyinirlər. Güləş yarışı zurna və ya düdük, yaxud doli nağaralarının səsləndirdiyi musiqinin müşayiəti ilə baş tutacaq.
Oxunub: 267
Xəbəri paylaş
Paylaş: