Azərbaycan ət idxalını azaltdı
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 38 min 286 ton ət idxal edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Qeyd olunub ki, bu həcmdə ətin dəyəri 78 milyon 555 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 62 ton (0,2%) azdır, dəyər baxımından isə 6 milyon 354 min ABŞ dolları (8,8%) çoxdur. 11 ay ərzində ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6%-ni təşkil edib.
Oxunub: 632
Xəbəri paylaş
Paylaş: