İcra başçısı 600-dən çox bal toplayan tələbələrə "bahalı" saatlar bağışladı - 5 manat 80 qəpiklik
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bu il ali məktəbə qəbul olan tələbələrlə görüş keçirib. Görüş maraqlı anlarla yadda qalıb. M.Məmmədov tələbə adını qazanmış rayon sakinlərinə qarşıdakı təhsil illərində uğurlar arzulayıb, onların əsl vətəndaş kimi yetişməsi üçün ali təhsili ən mükəmməl şəkildə mənimsəməyin onların bir nömrəli vəzifəsi olduğunu vurğulayıb. Mediaxeberleri.Az müxtəlif sosial şəbəkələrdə yer alan paylaşımlara istinadən xəbər verir ki,Tədbirin ən yaddaqalan anı isə icra başçısının qəbul imtahanlarında 600-də yuxarı bal toplamış gənclərə İcra başçısının verdiyi "qiymətli" hədiyyələr olub. Cənab Məmmədov onlara nə ucuz, nə baha, nə az, nə çox, təxminən 6 AZN-lik (manat) saatlar bağəşlayıb. Qeyd edək ki, rayon icra hakimiyyətinin paylaşdığı məlumatda qiymətli adlandırılan hədiyyələr sadəcə uşaq saatından ibarət olub. Sözügedən saatın satış dəyəri isə 5.80 manatdır. Qeyd edək ki, 2022-2023-cü tədris ilində qəbul imtahanlarında rayon üzrə 7 nəfər 600-dən yuxarı bal toplayıb.