Mediaxeberleri.az
    
  • FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
    FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
  • 
  • Azərbaycanda bu məşhur layihə yenidən başlayır
    Azərbaycanda bu məşhur layihə yenidən başlayır
  • 
  • Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
    Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
  • 
  • Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
    Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
  • 
  • Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
    Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
  • 
  • “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
    “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
  • 
  • Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
    Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
  • 
  • Bəzi ərazilərdə qaz olmayacaq
    Bəzi ərazilərdə qaz olmayacaq
  • 
  • Axirət günü nə vaxt olacaq?
    Axirət günü nə vaxt olacaq?
  • 
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • 
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi

Son xəbərlər :
  • Şənbə günü yağış yağacaq
  • 90-lardan VƏZİFƏDƏ QALANLAR, PENSİYA ALANLAR - Ən stajlı 20 icra başçısı + SİYAHI
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • Medvedev ruslara “inanmayın” deyir - “İnformasiya hücumlarının məqsədi budur ki...”
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • LABORATORİYADA YETİŞDİRİLƏN ƏT AZƏRBAYCAN BAZARINA DAXİL OLA BİLƏR? - Ekspert perspektivləri qiymətləndirir
  • Azərbaycanda rəis müavini faciəvi şəkildə öldü
  • Pensiyalarla bağlı VACİB MƏLUMAT
  • Prezidentinin xüsusi nümayəndəsi: Xankəndidə 28 min insan yaşayır, işləyir və təhsil alır
  • Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər
  • "Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək"
  • "Sabah" Çempionlar Liqasının tarixinə düşdü
  • Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
  • Türklər dərhal ölkəmizi tərk etməlidirlər - General
  • Bu şəxslərin maaşı 35 faiz artacaq
  • Sentyabr ayının ən təhlükəli 5 tarixi AÇIQLANDI
  • Ukrayna savaşında dönüş nöqtəsi nə zaman olacaq?
  • Brokkolini müntəzəm yesəniz, orqanizmdə nə baş verər?
  • Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı
  • 30, 40, 50 yaşdan sonra ürəyi necə qorumalı? - Kardioloqdan tövsiyələr
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

"RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”

  • Tarix: 27-06-2026, 23:19

Natiq Cəfərli: "Küncə sıxışan Rusiya taktiki nüvə silahından istifadə edə bilər"

"Rusiyadan kütləvi qayıdış təhlükə deyil, Azərbaycan üçün böyük fürsətdir"

ReAL Partiyasının sədri Natiq Cəfərli “AzPolitika”ya müsahibəsində regionun və ölkə gündəminin aktual mövzuları ilə bağlı sualları cavablandırıb.

Müsahibənin ilk hissəsini təqdim edirik:

– Natiq bəy, Ukrayna ordusunun Moskvada və Rusiyanın digər şəhərlərində neft-qaz müəssisələrini sıradan çıxarmasından sonra ölkədə ciddi yanacaq qıtlığı hökm sürür. Azərbaycanın qonşusu və əsas ticarət tərəfdaşlarından biri olan Rusiyada baş verənlər bizim ölkəmizdə də narahatlıqla izlənilir. Xüsusən orada çalışan soydaşlarımız bu gərginlikdən ciddi şəkildə təsirlənirlər. Rusiyadakı vəziyyət hansı istiqamətə doğru gedir, daha nələr gözlənilir?


-Əslində, Qərbdə sanksiyaların təsiri ilə bağlı əvvəldən yanlış hesablamalar var idi. Avropada və Bayden dönəmində Amerikada elə bir təsəvvür yaranmışdı ki, məhdudiyyətlər tətbiq olunandan 5 ay, uzağı 1 il sonra Rusiya çökəcək. Mən bir çox beynəlxalq tədbirlərdə bunun şahidi olurdum, çox əminliklə danışırdılar. Hətta o vaxt Varşava və Praqada keçirilən bəzi görüşlərdə buna etiraz edib bildirmişdik ki, sanksiyalar dərhal təsir göstərməyəcək.

Birincisi, ona görə ki, obrazlı desək, Rusiyanın iqtisadi "piyi" çoxdur. İkincisi, sanksiyalardan yan keçməyə kömək etməklə pul qazanmaq istəyən və Qərbin öz maraqları çərçivəsində təzyiq edə bilmədiyi ölkələr tapılacaqdı. Elə də oldu. Ermənistan, Qazaxıstan, Orta Asiya ölkələri, Çin, Vyetnam və bir çox başqaları Rusiyaya ciddi kömək etdilər. Xüsusilə Ermənistan 2022–2023-cü illərdə sanksiyalardan yayınmaq baxımından çox aktiv rol oynadı.

Lakin sanksiyalar institusional olaraq təxminən 3-4 ildən sonra işləməyə başlayır. Doğrudan da, 2025-ci ilin ikinci rübündən sonra Rusiya iqtisadiyyatında zəifləmə qeydə alındı və ciddi göstəricilər aşağı düşdü. Halbuki 2022-2024-cü illərdə Rusiyada kifayət qədər yaxşı iqtisadi göstəricilər var idi, maaşlar minimum 100 min rubldan başlayırdı və hamı vəziyyətdən razı idi. Ötən ilin ortalarından etibarən isə sanksiyaların dövlət institutlarına təsiri artdı, ümumi daxili məhsul (ÜDM) ciddi şəkildə azaldı və inflyasiya yüksəldi.

Bu inflyasiyanın bir səbəbi bəzi ölkələrin artıq Rusiyaya kömək etməkdə çətinlik çəkməsidir. Digər tərəfdən, həmin ölkələr Rusiyanın çarəsiz qaldığını görüb göstərdikləri gizli xidmətlərin qiymətini kəskin artırdılar. Bu da daxili bazarda bəzi hallarda ikirəqəmli inflyasiyaya və makroiqtisadi zəifləməyə yol açdı.

- Bunun ardınca, düşünülmüş taktiki və strateji planın tərkib hissəsi olaraq Rusiyanın enerji sektoru hədəfə alındı…


-Bəli. Limanlar və neft emalı zavodları (NEZ) ard-arda vurulduqca məlum oldu ki, son bir ildə neft emalının həcmi təxminən 25 faiz azalıb. Rusiya şəhərlərinə raket və dron zərbələrinin endirilməsi təkcə enerji bazarını vurmadı, həm də əhalinin müharibəyə münasibətini dəyişdi. Bu gün Putinin və Kreml hakimiyyətinin ən böyük problemi də məhz budur.

Benzin çatışmazlığını bir təhər həll edəcəklər. Burada mövsüm amili də rol oynadı. Ukrayna sanki bilərəkdən bu hücumları yay aylarına saldı. Çünki Rusiya buğda və dənli bitkilər üzrə dünyanın ən böyük aqrar ölkələrindən biridir və yayda kənd təsərrüfatında yanacağa tələbat pik həddə çatır. Texniki problemləri yoluna qoymaq bəlkə mümkündür, amma əhalinin psixoloji narahatlığı Kreml üçün böyük çağırışdır.

Təsadüfi deyil ki, birdən-birə Rusiyada danışıqlar və sülh prinsipləri ilə bağlı maraqlı açıqlamalar səslənməyə başladı. Artıq İstanbul anlaşmalarına qayıtmağa razı olduqlarını deyirlər. Çünki o vaxtkı layihədə Xerson və Zaporojye məsələsi yox idi. İndi mesaj verirlər ki, gəlin həmin sazişə qayıdaq, hətta Zaporojye və Xersonu da müzakirə predmeti edək.

-Amma Ukraynanın BMT-dəki səfirinin bəyanatı var ki, onlar artıq müharibənin mövcud atəşkəs xəttində dayandırılmasına razı olmaya bilərlər.

- Bəli, çünki bu, hərbi təşəbbüsün və üstünlüyün artıq Ukraynanın tərəfinə keçdiyini göstərir. İndi Krım ətrafında çox ciddi proseslər gedir. Ukraynalıların dili ilə desək, Krımı yarımadadan adaya çevirirlər. Orada yaşayan təxminən 2,8 milyon əhalinin etirazı getdikcə artır.

Burada maraqlı bir detal var: Krım əhalisini Rusiya 2014-cü ildə ilhaq etdi. Yəni oradakı insanlar daxili Rusiyadan fərqli olaraq seçki, demokratiya və söz azadlığı görüblər, 2014-cü ilə qədər bir neçə prezident dəyişikliyinin şahidi olublar. Ona görə də onların etiraz etmək, hüquq tələb etmək potensialı ruslardan daha çoxdur. İnsanların kütləvi şəkildə küçələrə çıxmaq riski Kremli çox həyəcanlandırır. Məhz bu səbəbdən onlar müharibənin təcili dayandırılmasını və danışıqların başlamasını istəyirlər.

Lakin bu vəziyyətin təhlükəli tərəfi taktiki nüvə silahı məsələsidir. Küncə sıxışan Rusiyanın belə bir addımı ata biləcək rəhbərliyi var. Danışıqlarda qırmızı xətlərin çəkilməsi cəhdləri də buradan qaynaqlanır. Allah uzaq eləsin, amma onlar "baxın, atıram, dayanmasanız, yenə ata bilərəm, gəlin anlaşaq" məntiqi ilə hərəkət edə bilərlər. Necə ki, vaxtilə amerikalılar Yaponiyaya atom bombası atdıqdan sonra imperator danışıqlara getməyə məcbur olmuşdu.

- Bəs belə bir vəziyyətdə Rusiyanı cavabsız qoyarlar?


-Cavabsız qoymayacaqlar, Rusiyanın daxilini adi raketlərlə daha ağır şəkildə vuracaqlar. Amma qarşı tərəfin də nüvə ilə cavab verəcəyini düşünmürəm. Çünki taktiki nüvə zərbəsindən strateji nüvə müharibəsinə keçid bəşəriyyətin sonu deməkdir. Rusiya rəhbərliyi böyük nəticə verməsə də, ən azından qorxutmaq xatirinə bu variantı masada saxlayır.



-Natiq bəy, Rusiyada mövcud problemin ən ağrılı tərəfi bu ölkədə yaşayan, işləyən soydaşlarımızın düşdüyü vəziyyətdir. Azərbaycanlıları nə gözləyir?


- Əlbəttə, məsələnin iqtisadi fəsadlarına və orada yaşayan soydaşlarımıza təsirlərinə də mütləq baxmalıyıq. Ölkəmizə daxil olan pul köçürmələrinin həcmində ciddi azalmalar var. Hətta uzun illərdən sonra ilk dəfə Rusiya pul köçürmələrində birinci yerdə deyil, hazırda İrlandiya önə çıxıb. Bunu araşdırmaq lazımdır. Böyük ehtimalla, ofşor zona kimi istifadə olunur. Eyni zamanda, Türkiyə, Avropa ölkələri və Amerika da ön sıralardadır. Bu trend son 10–15 ildə miqrasiyanın strukturunun dəyişdiyini göstərir - gənclərimiz artıq Avropaya, ABŞ-yə və Türkiyəyə üz tuturlar. Digər tərəfdən, bu, Rusiyadakı iqtisadi böhranın göstəricisidir; insanlar artıq həm özlərini saxlamaqda, həm də ailələrinə pul göndərməkdə çətinlik çəkirlər.

Biz Rusiyada yaşayan soydaşlarımızı çox vaxt bir qazana tökürük, amma onları üç qrupa ayırmaq lazımdır:

Artıq ikinci-üçüncü nəsil olaraq orada yaşayanlar: Onlar formal olaraq azərbaycanlıdırlar, amma Rusiya cəmiyyətinə tam inteqrasiya ediblər (məsələn, onların arasından məşhur repçilər, media nümayəndələri tanıyırıq). Rusiya vətəndaşıdırlar, seçimlərini ediblər və onlar üçün hər hansı bir hüquqi təhlükə yoxdur.

Rəsmi iş və ya daimi yaşayış icazəsi olanlar: Onların vətəndaşlardan tək fərqi seçkilərdə iştirak edə bilməmələridir, qalan bütün hüquqları qorunur. Onlarla bağlı da ciddi problem gözlənilmir.

Heç bir sənədi və qeydiyyatı olmayan yüz minlərlə şəxs: Əsas təhlükə buradadır. Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni yaşayan azərbaycanlıların sayını 136 min göstərir. Amma bu, sadəcə küçədə saxlanılıb qeydiyyata alınanlardır. Real rəqəm bundan qat-qat çoxdur.

-Bu say təxminən 600 min nəfərdən çox olmalıdır...


- Bəli, məncə, rəsmi rəqəmdən ən azı dörd dəfə çoxdur. Çünki bu yoxlamalar yalnız Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərdə aparılır. Rusiyanın Sibir, Vladivostok kimi ucqar bölgələrində yaşayanları kim yoxlayır? Müharibə sona yaxınlaşdıqca və ya hansısa anlaşma əldə olunarsa, Rusiyadakı indiki rejimin daxildə bir "düşmən obrazı" yaratmağa ehtiyacı olacaq ki, yığılmış sosial nifrəti ora yönəltsin. Dünyada olduğu kimi, Rusiyada da bu hədəf miqrantlar olacaq. Bu zaman sənədsiz soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər.

Bizim səhvimiz isə odur ki, həm hökumət, həm də cəmiyyət olaraq bu potensial qayıdışı təhlükə kimi görürük. Halbuki bu, böyük bir fürsətdir. Oradan qayıdan insanların bacarıqlarından, iş qabiliyyətindən, təcrübəsindən və kapitalından ölkə daxilində istifadə edə bilərik. Biz bunu təhlükə kimi gördükcə, Rusiya da həmin mövzunu bizə qarşı siyasi təzyiq alətinə çevirir.

Digər tərəfdən, gəlin real olaq: bu gün bəzi azərbaycanlı miqrantlar üçün Azərbaycan artıq əvvəlki qədər cəlbedici deyil. Xüsusən rusdilli və müəyyən ixtisası olan kadrlar Qazaxıstanı, Özbəkistanı, Belarusu, hətta Moldovanı seçirlər.

Ötən ilin iyununda Qazaxıstanda beynəlxalq konfransda idim, oradakı azərbaycanlılarla görüşdük. Mənə bildirdilər ki, müharibə başlayandan (2022-ci ildən) bəri təkcə Aktau və Atırau bölgələrinə 30 minə yaxın azərbaycanlı köçüb, orada biznes qurub və işləyirlər. Çünki Qazaxıstan və Özbəkistanda biznes mühiti daha rahatdır. Hökumətimiz bu barədə düşünməlidir...Biz o insanları həm də Qarabağın bərpası və məskunlaşdırılması prosesinə cəlb edə bilərik, onlara orada iqtisadi aktivlik yaratmaq üçün şərait yarada bilərik.


-Müharibədə həlak olan azərbaycanlıların da sayı artıb. Son vaxtlar ard-arda soydaşlarımızın Ukraynada həlak olması xəbərləri daha çox gəlir...

- Bəli, təəssüf ki, xüsusilə Rusiya tərəfində vuruşanlar arasında itkilərimiz çoxdur. Bu məsələ ayrıca araşdırılmalıdır və Azərbaycan hökuməti bu mənfi tendensiyanın qarşısını almaq üçün addımlar atmalıdır. Əgər şəxs Rusiya vətəndaşıdırsa, bu, onun hüquqi seçimidir və dövlət olaraq bura müdaxilə edə bilmərik. Əsas problem Azərbaycan vətəndaşı olub sənədsizlikdən və ya çarəsizlikdən müqavilə əsasında muzdlu döyüşə cəlb olunanlardır. Bizim qanunvericilik bu məsələdə çox sərtdir – xarici orduda vuruşmaq birbaşa cinayət məsuliyyəti yaradır

Amma gəlin kökünə baxaq: bir Azərbaycan vətəndaşı niyə gedib Rusiya üçün canını təhlükəyə atmalıdır? Bunun tək səbəbi puldur. Cəbhədə aylıq maaş 206 min rubldur, müqavilə bağlandığı gün isə təxminən 1 milyon rubl (böyük məbləğdir) birdəfəlik, ömürlük sənəd pulu ödənilir. İnsanlar bu vəsaitə görə gedirlər və bu, əslində, bizim iqtisadi ayıbımızdır. Məsələn, gürcülər də Ukrayna tərəfində vuruşurlar, amma onların motivi ideolojidir – Abxaziya və Cənubi Osetiya ağrısına görə bunu edirlər. Bizimkilər isə əksər hallarda pul üçün gedirlər. Bunun həlli ölkədə sosial-iqtisadi imkanların yaxşılaşdırılmasından keçir.

-Natiq bəy, Azərbaycanla Rusiya arasında yanacaq ticarəti də həmişə böyük həcmdə olub. Hazırda məlum hadisələrə görə, bu sektorda ciddi kəsirləri var, özünü təmin edə bilmir. Bizim alternativlərimiz varmı?


-Əslində, idxal coğrafiyası artıq əhəmiyyətli dərəcədə dəyişib. Hazırda Azərbaycan premium markalı “Aİ-95” benzinini əsasən Türkmənistandan alır. Həmçinin Rumıniya, Qazaxıstan və Belarusdan da yanacaq idxal edirik. Rusiya istiqaməti artıq dominant deyil. Təbii ki, bu, başqa bir haqlı sual doğurur: neft ölkəsi olan Azərbaycan niyə hələ də daxili tələbatı tam qarşılayacaq səviyyədə keyfiyyətli yanacaq istehsal edə bilmir və xaricdən asılıdır?

Ümumiyyətlə, bizim Rusiyadan idxalımızda yanacağın çəkisi kəskin azalıb. İndi əsas payı ərzaq məhsulları (taxıl, bitki və kərə yağları, süd, ət və hazır qidalar), həmçinin tikintidə, xüsusən də Qarabağın bərpasında geniş istifadə olunan dəmir və taxta materialları təşkil edir.

-ABŞ–İran razılaşması, Hörmüz boğazının açılması neftin qiymətlərini aşağı çəkir. Əlbəttə, ilin birinci yarısı həm Rusiya, həm də Azərbaycan əlavə yüksək gəlirlər əldə etdilər. Bəs qiymətlərin sabitləşməsi nə vəd edir?

-Enerji gəlirlərindən asılı olan hər iki ölkənin büdcəsi üçün neftin bahalaşması ilk baxışdan müsbət hadisədir – gəlirlər artır, sosial xərcləri ödəmək asanlaşır. Lakin uzunmüddətli perspektivdə bu, təhlükəli tendensiyadır. Əgər neftin bahalaşması iqtisadi artımla deyil, regional müharibələr və geosiyasi risklər hesabına baş verirsə, bu, qlobal inflyasiyanı, logistika xərclərini artırır və beynəlxalq ticarəti zəiflədir.

Rusiya üçün yüksək qiymət sanksiyaların təsirini sadəcə müvəqqəti yumşaldır. Azərbaycan üçün isə əlavə gəlir gətirsə də, iqtisadiyyatın neft iynəsindən asılılığını daha da dərinləşdirir. Əsas məsələ neftin neçə dollar olması yox, gələn vəsaitin qeyri-neft sektorunun inkişafına necə yönəldilməsidir.

Ümumilikdə, 2026-cı il neft ixrac edən ölkələr üçün uğurlu il oldu. ABŞ-da Donald Trampın siyasəti və İran ətrafında yaranan gərginlik bazarı süni şəkildə yuxarıda saxladı. Əgər bu hərbi risklər olmasaydı, ötən ilin sonundakı analitik proqnozlar “Brent” markalı neftin qiymətinin 60–65 dollar diapazonuna düşəcəyini göstərirdi. Azərbaycan hökuməti də büdcədə neftin baza qiymətini məhz beynəlxalq proqnozlara uyğun olaraq 65 dollardan götürmüşdü.

Lakin hərbi gərginlik nəticəsində Azərbaycan büdcəsinə nəzərdə tutulduğundan xeyli çox vəsait daxil oldu və ilin yekununda əlavə neft gəlirləri 1 milyard dollardan çox ola bilər. İlin əvvəlindən bəri Azərbaycan neftinin orta satış qiyməti təxminən 89–90 dollar səviyyəsində qərarlaşıb (hətta müəyyən dövrdə 120 dolları keçmişdi). İlin qalan hissəsində orta illik qiymətin 75–80 dollar civarında olacağını gözləmək olar ki, bu da bizim üçün əlverişlidir. Amma yenə deyirəm, əsas problem qiymət deyil, 2003-cü ildən bəri axan bu neft gəlirlərindən nə dərəcədə səmərəli istifadə edə bilməyimizdir.

Təbii ki, bu gəlirlər təkcə bizim yox, məsələn, Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələrinin də büdcəsini milyardlarla dollar zənginləşdirdi və onların regional təhlükəsizlik itkilərini kompensasiya etdi. Eyni zamanda ABŞ-dakı şist nefti istehsalçıları da böyük mənfəət götürdülər; orada maya dəyəri 38–45 dollardır və 80 dollarlıq qiymət həmin şirkətlərə (hansı ki, Trampın əsas siyasi dayaqlarıdır) fantastik pullar qazandırır. Ancaq qlobal reallıq dəyişmir: əgər yeni bir fors-major böhran baş verməzsə, neft bazarında mütləq eniş tendensiyası başlayacaq və gələn il qiymətlər yenidən normal 55–65 dollar dəhlizinə qayıdacaq. Biz də iqtisadiyyatımızı buna uyğun hazırlamalıyıq.

(Davamı var)

E. Rüstəmli

E. Bəyməmmədli

“AzPolitika.info”


Oxunub: 3 070
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:38 | Şənbə günü yağış yağacaq
    Bu gün, 12:42 | 90-lardan VƏZİFƏDƏ QALANLAR, PENSİYA ALANLAR - Ən stajlı 20 icra başçısı + SİYAHI
    Bu gün, 12:37 | Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Bu gün, 12:30 | Medvedev ruslara “inanmayın” deyir - “İnformasiya hücumlarının məqsədi budur ki...”
    Bu gün, 12:28 | UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    Bu gün, 12:27 | LABORATORİYADA YETİŞDİRİLƏN ƏT AZƏRBAYCAN BAZARINA DAXİL OLA BİLƏR? - Ekspert perspektivləri qiymətləndirir
    Bu gün, 12:23 | Azərbaycanda rəis müavini faciəvi şəkildə öldü
    Bu gün, 12:21 | Pensiyalarla bağlı VACİB MƏLUMAT
    Bu gün, 12:20 | Prezidentinin xüsusi nümayəndəsi: Xankəndidə 28 min insan yaşayır, işləyir və təhsil alır
    Bu gün, 12:18 | Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər
    Bu gün, 12:17 | "Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək"
    Bu gün, 12:16 | "Sabah" Çempionlar Liqasının tarixinə düşdü
    Bu gün, 11:38 | Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
    Bu gün, 11:26 | Türklər dərhal ölkəmizi tərk etməlidirlər - General
    Bu gün, 11:23 | Bu şəxslərin maaşı 35 faiz artacaq
    Bu gün, 08:06 | Sentyabr ayının ən təhlükəli 5 tarixi AÇIQLANDI
    Bu gün, 08:02 | Ukrayna savaşında dönüş nöqtəsi nə zaman olacaq?
    Bu gün, 07:56 | Brokkolini müntəzəm yesəniz, orqanizmdə nə baş verər?
    Bu gün, 07:52 | Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı
    Bu gün, 07:39 | 30, 40, 50 yaşdan sonra ürəyi necə qorumalı? - Kardioloqdan tövsiyələr
    Bu gün, 07:38 | Bu yol bağlana bilər
    Bu gün, 07:36 | Azərbaycanın ilk ali təhsilli memarı niyə intihar etmişdi?
    Bu gün, 07:34 | Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə
    Dünən, 21:51 | Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU
    Dünən, 21:48 | "Turan Tovuz" Yankoviçi transfer etdi
    Dünən, 20:21 | Bu rayonlarda torpaqlar alınacaq - Siyahıda kimlər var?
    Dünən, 18:12 | Dövlət bağçasında aylıq ödəniş tələbi: Valideynlərdən 80 manat istəyirlər - İddia
    Dünən, 17:56 | Qadının sol ayağının yerinə sağ ayağı əməliyyat edilib? - VİDEO
    Dünən, 17:54 | Şükürbəyli kəndində 25 ailəyə evlərinin açarları təqdim olunub - FOTO
    Dünən, 17:32 | Polis bu toyun qarşısını aldı
    Dünən, 17:26 | Bu universitet 5500 manat maaşla işçi axtarır
    Dünən, 17:13 | Bu agentliyə yeni səlahiyyət verildi
    Dünən, 17:12 | ÇL: “Sabah”ın oyununa hansı kanalda baxaq?
    Dünən, 17:10 | 1660-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi
    Dünən, 17:09 | Buraxılış imtahanlarının proqramları açıqlandı
    Dünən, 17:08 | Azərbaycanlı bacı-qardaş Rusiyada faciəvi şəkildə öldü
    Dünən, 15:25 | Qardaşımın qanı yerdə qalmayacaq! - Ucalın bacısı
    Dünən, 15:23 | “Qarabağ KOB-ları 2026”: növbəti peşə təlimləri başa çatdı
    Dünən, 15:21 | İsrail əhalisinin sayı ilk dəfə bu həddə artdı
    Dünən, 15:08 | Prezident 2 fərman, 1 sərəncam imzaladı
    Dünən, 15:06 | İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
    Dünən, 15:04 | Tramp yatmaqdan imtina edir
    Dünən, 14:52 | Husilər Bab əl-Məndəb boğazına nəzarəti gücləndirir
    Dünən, 14:13 | Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO
    Dünən, 14:10 | Qara dənizdə yük gəmisi dron hücumlarına məruz qalıb: 2 Azərbaycan vətəndaşı həlak olub, 2-si yaralanıb
    Dünən, 14:08 | Cinayət işi açılan sabiq baş konsul Qasımovun qardaşı imiş
    Dünən, 13:41 | XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı
    Dünən, 13:38 | Əli Əsədov yeni qərar imzaladı
    Dünən, 13:23 | Qroznı-Bakı reysləri bərpa edilir? - Rəsmi cavab
    Dünən, 13:19 | Mehmet Əli Ərbil infarkt keçirdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.