Mediaxeberleri.az
    
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib

Son xəbərlər :
  • Minimum əməkhaqqı artacaq? - Video
  • Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
  • Misli Premyer Liqası: Turun mərkəzi oyununda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək
  • “Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
  • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
  • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
  • Parklanma yerləri ləğv edilərək bu quruma verildi - VİDEO
  • Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
  • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum oldu
  • Neft kəskin bahalaşdı
  • Qazaxda “YAP-ın qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir” başlıqlı konfrans keçirilib
  • Türk dünyasından Azərbaycana növbəti dəstək
  • Vətən müharibəsi şəhidi baş gizir Teymur Hacıyev ildönümündə ehtiramla yad edilib
  • "Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq"
  • İstanbulda leysan: ölənlərin sayı artdı
  • “20 Yanvar” və “Şamaxinka”da bu marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
  • Goranboyda 74 yaşlı kişi güllələnərək öldürüldü
  • Hüsniyə hakim qarşısına çıxdı - 20 gün həbs...- VİDEO
  • Sükan arxasında yatdı, ağır qəza törətdi: ölən var
  • Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi təsdiqlənib - Siyahı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

  • Tarix: 1-06-2026, 19:39

İyun ayının 1-i əksər ölkələrdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Bu günün keçirilməsi barədə qərar 1925-ci ildə Cenevrədə uşaqların rifahına həsr olunmuş Ümumdünya Konfransında qəbul edilib. Uşaqların Beynəlxalq Müdafiəsi Günü rəsmi olaraq 1949-cu ilin noyabrında Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası Konqresinin qətnaməsi ilə təsis edilib və ilk dəfə 1950-ci ildə qeyd olunub.

Bu günün bayrağı da var. Böyüməni, harmoniyanı, təravəti və məhsuldarlığı simvolizə edən yaşıl fonda Yer kürəsini qırmızı, sarı, mavi, ağ və qara rənglərdə stilizə olunmuş fiqurlar əhatə edir. Həmin insan fiqurları müxtəlifliyin və tolerantlığın rəmzi hesab olunur. Mərkəzdə yerləşdirilmiş Yer fiquru bizim ümumi evimizin simvoludur.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü yalnız uşaqlar üçün şən bir gün deyil. Bu gün həm də cəmiyyətə uşaqların hüquqlarını qorumağın vacibliyini xatırladır ki, bütün uşaqlar xoşbəxt böyüsün, təhsil alsın, sevdikləri işlə məşğul olsun və gələcəkdə ölkələrinin layiqli vətəndaşları olsunlar.

Azərbaycanda uşaqların hüquqlarının qorunması və onların müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqlar cəmiyyətin gələcəyi hesab olunurlar və onların sağlam, təhlükəsiz və xoşbəxt böyümələri üçün müxtəlif qanunlar, proqramlar və sosial layihələr həyata keçirilir.

Qürurla deyə bilərik ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda, şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunublar.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılır və bu istiqamətdə çoxsaylı tədbirlər görülür, layihələr həyata keçirilir. Ölkəmizdə uşaqların sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə müxtəlif genişmiqyaslı proqramlar həyata keçirilməkdədir.

BMT tərəfindən qəbul olunmuş Uşaq Hüquqları Konvensiyasına Azərbaycan da qoşulub. Bununla ölkəmiz uşaqların hüquqlarının beynəlxalq standartlara uyğun qorunmasını üzərinə götürüb.

İyunun 1-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş musiqili əyləncəli bayram tədbiri keçirilib. Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda atraksion təşkil olunaraq Gənclər və İdman Nazirliyinin "Sağlam həyat" səyyar layihəsi çərçivəsində müxtəlif növ idman qurğuları quraşdırılıb. 

Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində sektor müdiri Elçin Qasımov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və idarənin tabeliyindəki idman məktəblərinin məşqçi müəllimləri, idmançılar, Qazax rayonu üzrə təhsil sektorunun əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova, şura üzvləri və könüllülər, Qazax şəhəri ərazisində fəaliyyət göstərən məktəblərin, körpələr evi-uşaq bağçalarının kollektivi və uşaqları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcıları Qazax Dövlət Sosial-İqtisadi Kollecində Tələbə Gənclər Təşkilatının sədri Turxan Əliyev və fəal gənc Pəri İbrahimova bayram tədbirini açıq elan edərək iştirakçıları, bu günün səbəbkarı olan körpə fidanları təbrik edib xoş arzularını səsləndiriblər. Bildirilib ki, uşaqları əyləndirmək üçün Nazirlik tərəfindən uzunluğu 32 metr, eni 3 metr, hündürlüyü 6.5 metr, ağırlığı 480 kq olan 4 hissəli atraksion təşkil edilib, eyni zamanda, nazirliyin "Sağlam həyat" səyyar layihəsi çərçivəsində müxtəlif idman növləri üçün avadanlıqlar quraşdırılıb. Həmçinin, “Qazax İdman Paytaxtı – 2026”nın Maskotu uşaqları əyləndirəcəkdir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbirə toplaşanları və qonaqları salamlayıb, körpə fidanları əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov başda olmaqla, nazirliyin əməkdaşlarına Qazaxda "Sağlam həyat" səyyar layihəsi çərçivəsində təşkil olunmuş tədbirə və müxtəlif növ idman qurğularının quraşdırılmasına görə minnətdarlığını bildirib, razılığını ifadə edib. Rayon rəhbəri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, gələcəyimiz olan uşaqlara hərtərəfli diqqət və qayğı göstərildiyini söyləyib. Bugünkü tədbirin həmin qayğının davamı olduğunu diqqətə çatdırıb.

Sonra söz gələcəyimiz olan uşaqlara, körpə fidanlara verilib. Bağça uşaqlarının təqdimatında şeirlər səsləndirilib. Balacaların səsləndirdiyi Vətənə, torpağa, şəhidlərimizə, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər alqışlarla qarşılanıb.

Qazax şəhər 1 saylı körpələr evi-uşaq bağçasından İsgəndər Bayramlı “Azərbaycan”, Nilay Əsgərzadə “Vətən”, Qazax şəhər 2 saylı körpələr evi-uşaq bağçasından Aişə Məmmədli “Heydər Baba”, Banu Dünyamalıyeva “Uşaqlar”, Qazax şəhər 3 saylı körpələr evi-uşaq bağçasından Yusra Omarova “Azərbaycan”, İlham Əsgərov “Bayraq”, Qazax şəhər 4 saylı körpələr evi-uşaq bağçasından Gülay Əmiraslanova “Mən balaca deyiləm”, Pənah Pənahlı “Vətən”, Qazax şəhər 5 saylı körpələr evi-uşaq bağçasından Esra Göşşülü “1 iyun Uşaqlar Gününüz mübarək olsun”, Hidayət Mehdizadə “Vətənpərvərlik”, Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasından Tükəzban Əhmədova “Bağçamız”, Ömür Qurbanlı “Məktəbə gedəcəyəm” şeirləri ilə könülləri oxşayıblar.

Sonda rayon rəhbəri uşaqlara yaxınlaşaraq onlarla səmimi söhbət edib, xatirə şəkilləri çəkdirib.




Oxunub: 2 277
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 11:11 | Minimum əməkhaqqı artacaq? - Video
    Bu gün, 11:09 | Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
    Bu gün, 11:07 | Misli Premyer Liqası: Turun mərkəzi oyununda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək
    Bu gün, 11:05 | “Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
    Bu gün, 11:02 | Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
    Bu gün, 11:00 | Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
    Bu gün, 10:32 | Parklanma yerləri ləğv edilərək bu quruma verildi - VİDEO
    Bu gün, 10:30 | Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
    Bu gün, 10:17 | XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum oldu
    Bu gün, 10:16 | Neft kəskin bahalaşdı
    Dünən, 21:54 | Qazaxda “YAP-ın qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir” başlıqlı konfrans keçirilib
    Dünən, 19:50 | Türk dünyasından Azərbaycana növbəti dəstək
    Dünən, 19:44 | Vətən müharibəsi şəhidi baş gizir Teymur Hacıyev ildönümündə ehtiramla yad edilib
    Dünən, 14:25 | "Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq"
    Dünən, 14:24 | İstanbulda leysan: ölənlərin sayı artdı
    Dünən, 14:06 | “20 Yanvar” və “Şamaxinka”da bu marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
    Dünən, 14:05 | Goranboyda 74 yaşlı kişi güllələnərək öldürüldü
    Dünən, 14:03 | Hüsniyə hakim qarşısına çıxdı - 20 gün həbs...- VİDEO
    Dünən, 13:13 | Sükan arxasında yatdı, ağır qəza törətdi: ölən var
    Dünən, 12:20 | Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi təsdiqlənib - Siyahı
    Dünən, 12:14 | İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub
    Dünən, 12:06 | Mətbuat Şurasına yeni sədr seçildi
    Dünən, 11:34 | Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu
    Dünən, 07:54 | İki rayonda işıq olmayacaq
    Dünən, 07:26 | Əhvalınız pisdirsə, canınız ağrıyırsa... - Məsləhət
    Dünən, 07:24 | Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan
    Dünən, 07:06 | Konfrans Liqası: "Trabzonspor" qalib gəldi, "Ayaks" uduzdu
    15-10-2026, 22:41 | Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO
    15-10-2026, 22:38 | Bakı-Şamaxı yolunda avtomobil aşdı: yaralılar var
    15-10-2026, 22:10 | 65 yaşadək şəxslərə şans: 1350 manat veriləcək
    15-10-2026, 22:04 | İcra başçısı Azadlıq 54 ünvanında və şəhərdə vətəndaşların müraciətini dinləyib
    15-10-2026, 21:58 | Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair Ağstafada müşavirə keçirilib
    15-10-2026, 21:40 | Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi
    15-10-2026, 21:38 | Suriyada qaz kəmərinə zərbə endirildi
    15-10-2026, 21:04 | Azərenerji və Azərişıqdan sabotaj: Mingəçevir layihəsi necə batırıldı - prezidentin iştirakı gecikir
    15-10-2026, 20:53 | Qazaxda icra başçısı dam örtüyü yenilənən evlərə baxış keçirib
    15-10-2026, 20:08 | Baş nazirdən yeni qərar...
    15-10-2026, 20:03 | Onun edamı canlı yayımlanmayacaq - Tramp
    15-10-2026, 20:00 | Husilər prezident sarayına zərbə endirdilər
    15-10-2026, 19:58 | Rusiyadan Navai ilə bağlı Qazaxıstana nota...
    15-10-2026, 19:03 | Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu
    15-10-2026, 19:02 | COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
    15-10-2026, 19:00 | Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb
    15-10-2026, 18:58 | "Azərişıq" və "Azərenerji" arasında ödəniş qaydaları dəyişdirildi
    15-10-2026, 18:56 | Xətai rayonunda mühüm müşavirə keçirildi - Foto
    15-10-2026, 16:18 | Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
    15-10-2026, 16:02 | Saleh Səmədova hökm oxundu
    15-10-2026, 16:01 | Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...
    15-10-2026, 15:55 | 10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir - Foto
    15-10-2026, 14:38 | Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Prezident İlham Əliyev tədbirdə çıxış edib - FOTO - YENİLƏNİB
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.