Mühüm xallar uğrunda savaş: Fransa Norveçə, İspaniya Uruqvaya qarşı
Futbol üzrə dünya çempionatında qrup mərhələsinin həlledici - üçüncü turun oyunları davam edir. Mediaxeberleri.Az xəbər verir ki, qrup mərhələsinin sonuncu turu azarkeşlərə bir-birindən maraqlı qarşılaşmalar vəd edir. I qrupun həlledici görüşlərində Norveç Fransa ilə, Seneqal isə İraqla üz-üzə gələcək. Hər iki matçın start fiti bu gün Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Geridə qalan iki turdan sonra I qrupuna 6 xalla Fransa və Norveç milliləri liderlik edirlər. Seneqal və İraq isə hələki xal qazana bilməyiblər və müvafiq olaraq üçüncü və dördüncü yerdədirlər. H qrupunun qarşılaşmalarında isə Kabo-Verde Səudiyyə Ərəbistanı ilə, Uruqvay isə İspaniya ilə üz-üzə gələcək. Hər iki görüş iyunun 27-i Bakı vaxtı ilə saat 04:00-da başlayacaq. Hazırda H qrupunda vəziyyət belədir: 4 xal toplayan İspaniya millisi birinci, aktivində 2 xal olan Uruqvay və Kabo-Verde isə ikinci və üçüncü sıradadırlar. Səudiyyə Ərəbistanı isə 1 xalla sonuncu yerdədir. G qrupunda iyunun 27-i saat 07:00-da Misir İranla, Yeni Zelandiya isə Belçika ilə mühüm xallar uğrunda yaşıl meydanda gücünü sınayacaq. G qrupunun turnir cədvəlində Misir 4 xalla vahid liderdir. İran və Belçika hərəyə 2 xalla ikinci və üçüncü yerləri tutur, Yeni Zelandiya yığması isə qrupun autsayderidir və aktivində 1 xal var. Dünya çempionatı III tur I qrupu 26 iyun 23:00. Norveç - Fransa 23:00. Seneqal - İraq. H qrupu 27 iyun 04:00. Kabo-Verde - Səudiyyə Ərəbistanı 04:00. Uruqvay - İspaniya. G qrupu 27 iyun 07:00. Misir - İran 07:00. Yeni Zelandiya - Belçika. Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.





















