Arazdəyən yolunda müəmma: daha 3 erməni yandı
Ermənistanda yanmış avtomobildə üç nəfərin meyiti aşkarlanıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, hadisə İrəvan-Arazdəyən avtomobil yolunun Ararat vilayətinin Surenavan kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu söndürdükdən sonra “Nissan Rogue” markalı avtomobilin salonunda qismən yanmış üç meyit aşkar ediblər. Bildirlib ki, əraziyə polis əməkdaşları və müstəntiqlər də gəlib. Faktla bağlı cinayət işi başlanıb, hadisənin başvermə səbəbləri və ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Qeyd edək ki, ötən gün günorta saatlarında İrəvan-Arazdəyən avtomobil yolunun 45-ci kilometrliyində “Çanqan” markalı avtomobildə “Avanqard” tibb mərkəzinin təsisçisi, keçmiş deputat, sabiq səhiyyə naziri Qagik Stambultsyanın meyiti aşkarlanmışdı.





















