Bu türk ölkəsi Gürcüstanla strateji tərəfdaş olur
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Astanaya səfəri çərçivəsində Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlığa dair birgə bəyanat imzalanacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili məlumat verib. Onun sözlərinə görə, sənəd iki ölkə arasında uzun illərdir davam edən sıx əməkdaşlığın məntiqi davamı olacaq və eyni zamanda münasibətləri yeni mərhələyə yüksəldəcək: “Bu gün Baş nazirin Qazaxıstana səfəri çərçivəsində strateji tərəfdaşlığa dair birgə bəyanat rəsmiləşdiriləcək. Bu, ölkələrimiz arasında mövcud sıx əməkdaşlığın davamı olmaqla yanaşı, münasibətlərimizi yeni səviyyəyə qaldıracaq”.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















