Venesuelada ölənlərin sayı 1430-a çatdı
Venesuelada 25 iyunda baş vermiş 7,2 və 7,5 bal gücündə iki ardıcıl zəlzələ nəticəsində ölənlərin sayı 1430 nəfərə çatıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriges məlumat yayıb. Bildirilib ki, təbii fəlakət səbəbindən 3238 nəfər yaralanıb. Bundan əlavə, 3142 ailənin evi dağılıb və onlar hazırda xüsusi sığınacaqlarda yardım alırlar.
Oxunub: 35
Xəbəri paylaş
Paylaş:





















