Mayda çökən körpünün təmiri niyə ləngiyir?
Bakı-Qazax magistral yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən və mayın 15-də çökən ikizolaqlı körpünün təmiri 43 gündür ki, başa çatmayıb. Mediaxeberleri.Az xəbər verir ki, bu səbəbdən hazırda sürücülər kələ-kötür yan yoldan istifadə etmək məcburiyyətindədirlər. Bəs görəsən, bu körpü nə zaman təmir olunacaq? Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Baku TV-yə bildirib ki, körpünün dayaqları artıq quraşdırılıb: "Yaxın müddətdə körpünün tam olaraq inşa edilib istifadəyə verilməsi tərəfimizdən planlaşdırılır".
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















