Mediaxeberleri.az
    
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY

Son xəbərlər :
  • Badamdarda böyük tikinti cinayəti: Vüqar Zeynalov və Anar Quliyev necə sərəncam verib?
  • Toyda baş verən mübahisə ölümlə nəticələndi
  • Üç ölkə Ay uğrunda mübarizəyə başlayır
  • Portuqaliya 1/4 finala vəsiqə qazandı
  • "Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
  • Əhməd Yusifov dünya çempionu oldu - VİDEO
  • Azərbaycan millisi Litvanı məğlub etdi, liderliyə yüksəldi- Video
  • Müasir İran siyasətində “Şahnamə” kodları - ANALİZ
  • Ukraynaya hücumlar daha da gücləndiriləcək - MN
  • Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı - Foto/Video
  • Rusiyada 100 min ayı məhv ediləcək – Qərar
  • Diktə dövrü başa çatıb, Hörmüz açılmayacaq - Qalibaf
  • Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı
  • Bakıda yaşayış evi uçdu: ölən və yaralanan var
  • Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb - VİDEO
  • Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
  • Gəncəyə ilk raket hücumundan altı il ötür
  • Ukraynaya kütləvi hücum: Rusiyada hazırlıq başladı
  • Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
  • Tovuzda qadının ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Moskvada və bölgələrdə xaos başlayıb – Rusiyanın neft sənayesi çökür

  • Tarix: 29-06-2026, 16:13

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərində yerləşən neft emalı zavodlarına (NEZ) endirdiyi ardıcıl və dağıdıcı pilotsuz uçuş aparatı (PUA) zərbələri Rusiya daxilində yanacaq infrastrukturunu iflic edib. Ölkədə benzin və dizel qıtlığı artıq kritik həddi keçərək genişmiqyaslı sosial-iqtisadi böhrana və xalqda kütləvi narazılığa çevrilməkdədir.

Vəziyyətin ciddiliyini Rusiya Prezidenti Vladimir Putin də etiraf etmək məcburiyyətində qalıb. Hökumətin yanacaq bazarına həsr olunmuş son iclasında çıxış edən Putin, Rusiyanın artıq daxili bazarı qorumaq üçün strateji yanacaq rezervlərindən istifadə etməyə başladığını bəyan edib. O, ölkənin ən böyük neft emalı zavodlarının maksimum güclə işlədiyini iddia etsə də, rəsmi rəqəmlər və regionlardan gələn xəbərlər fəlakətin miqyasını gizlətməyin qeyri-mümkün olduğunu göstərir.

Mediaxeberleri.Az xarici mediaya və yerli mənbələrə istinadən Rusiyanı bürüyən yanacaq böhranının təfərrüatlarını təqdim edir:

Krım və Moskvada panika, Sibirdə fövqəladə vəziyyət

Ukrayna PUA-larının son zərbələrindən sonra Rusiyada 13 neft emalı zavodunun fəaliyyəti tamamilə və ya qismən dayandırılıb. Bu isə ölkədəki ümumi neft emalının 40%-nin, benzin istehsalının 41%-nin və dizel yanacağının 44%-nin sıradan çıxması deməkdir. Nəticədə Rusiya regionları bir-birinin ardınca "qara günlərini" yaşayır.

Böhran artıq paytaxt Moskvaya da çatıb. Rusiyanın neft nəhəngi "Lukoyl" paytaxtdakı yanacaqdoldurma məntəqələrinin (YDM) demək olar ki, hamısını müvəqqəti bağlayıb. İşğal altındakı Krımda isə benzin 100% bahalaşıb və Sevastopolda yanacaq satışı QR-kodlarla həyata keçirilir. "The Washington Post" qəzetinə danışan moskvalı işbaz Krımda panikanın başladığını, insanların yarımadanı piyada və ya velosipedlə tərk etməyə çalışdığını bildirir.

Sibirdə rekord qiymətlər və məhdudiyyətlər hökm sürür. İrkutsk vilayətində yanacaq qıtlığı səbəbindən "Yüksək hazırlıq" (fövqəladə vəziyyət öncəsi) rejimi elan edilib. Burada benzinin litri fantastik qiymətə - 121 rubla (təxminən 2.40 AZN) yüksəlib. YDM-lər sıravi vətəndaşlara yanacaq satmağı dayandırır, yalnız hüquqi şəxslərə xidmət göstərir. Zabaykalye diyarında da analoji rejim tətbiq olunub, yanacaq növbələri kilometrlərlə uzanır.

İrkutsk şəhərinin meri Ruslan Bolotov növbələrdə günlərlə gözləyən sürücülərin "əziyyətini azaltmaq üçün" YDM-lərin yaxınlığında bio-tualetlərin quraşdırılacağını vəd edib. O, həmçinin idarə rəhbərlərini yanacaq qıtlığına görə işçiləri kütləvi şəkildə evdən (məsafədən) iş rejiminə keçirməyə çağırıb.

Təcili yardımlar gəlmir, zibillər daşınmır, sosial sahə çökür

Böhran fonunda regional hakimiyyət orqanları yanacaq paylanmasında ciddi limitlər və prioritetlər siyahısı tətbiq edir. Birinci növbədə yanacaq Təcili Tibbi Yardım, Yanğınsöndürmə və Fövqəladə Hallar Nazirliyinin (FHN) maşınlarına verilir. Lakin reallıqda yanacaq ümumiyyətlə olmadığı üçün bu siyahılar da işə yaramır.

Zabaykalyenin cənub-şərqində yaşayan Viktoriya adlı sakinin dedikləri mənzərəni tam çılpaqlığı ilə ortaya qoyur: "Həyat yoldaşım diabetik komaya düşdü, qıcolmaları başladı. Təcili yardıma zəng etdim, bir neçə saatdan sonra dispetçer etiraf etdi ki, maşın axtarmayın, bizdə ümumiyyətlə benzin yoxdur. Xəstəxanaya qədər 90 kilometr məsafə var idi. Piyada 15 kilometr qonşu kəndə gedib yoldaşımın dostunu köməyə çağırdım. İnsult keçirən biri olsaydı, çoxdan ölmüşdü. Hökumətin prioritet siyahıları heç nəyi həll etmir, benzin sadəcə yoxdur!"

Eyni zamanda, logistika və kommunal xidmətlər də iflic olub. Yanacaq çatışmazlığı səbəbindən marşrut taksiləri və avtobuslar xətlərdən çıxarılır. Regionlarda məişət tullantılarının daşınması dayandırılıb. Sakinlər şəhərlərin zibil içində üfunət qoxuduğunu, antisanitariya və epidemiya təhlükəsinin yarandığını bildirirlər. Xabarovsk diyarında isə yanacaq olmadığı üçün texnika yerindən tərpənə bilməyib və yerli sakinlər meşə yanğınını öz əlləri ilə söndürməli olublar.

YDM-lərdə əlbəyaxa davalar və "növbə alveri"

Rusiya şəhərlərində benzin növbəsində dayanmaq artıq bir "sənətə" çevrilib. Sürücülər gecə saat 4-5-dən növbəyə dururlar. "Rosneft" şirkətinin YDM-ləri qarşısında avtomobil növbələrinin uzunluğu 3-4 kilometri keçir. İnsanlar benzin ala bilmək üçün maşınlarında gecələyirlər.

Bu gərginlik fonunda YDM-lərdə kütləvi davalar və əlbəyaxa döyüşlər adi hala çevrilib. Kiminsə növbədənkənar keçmək cəhdi dərhal qanlı qarşıdurma ilə nəticələnir. Vəziyyətdən istifadə edən bəzi şəxslər isə növbə alverinə başlayıblar - YDM qarşısında ilk iyirmilikdə yer almağın qiyməti 800 rubla (təxminən 16 AZN) təklif edilir. Həmçinin, sürücülərin qoyulan 15-20 litrlik limiti aşaraq baqajdakı bidonlara gizlicə benzin doldurmasının qarşısını almaq üçün əksər YDM-lər kart sistemini ləğv edib, yalnız nağd pulla satışa keçiblər.

Televizor artıq işə yaramır

İqtisadçı ekspertlər qeyd edirlər ki, Rusiyanın Sibir və Uzaq Şərq regionları daxili yanacaq tələbatını ödəyə bilmir. Bu bölgələrin təminatı cəmi dörd kiçik neft emalı zavodundan asılıdır və indiki şəraitdə həmin zavodların gücü ölkənin qərb hissəsindəki (Ukrayna PUA-larının vurduğu) boşluqları doldurmağa yönəldilir. Bu isə Rusiyanın daxili regionlarını tamamilə ruzisiz və yanacaqsız qoyur.

Ən diqqətçəkən məqam isə Rusiya cəmiyyətindəki psixoloji qırılmadır. Xabarovsk sakini Anatoli yerli mühiti belə təsvir edir: "Uzaq rayonlar tamamilə yanacaqsız qalıb. İlk dəfədir ki, müxalif ziyalılar yox, adi zavod fəhlələri, fəaliyyətsizliyə görə birbaşa 'ali rəhbəri' (Putini) lənətləyirlər. Haraya gedirsən - yeməkxana, mağaza, bərbərxana, hamı ancaq bundan danışır. Dövlət televiziyasının təbliğatı artıq insanlara təsir etmir, çünki reallıq göz qabağındadır".

Ukrayna ordusunun Rusiyanın neft-qaz infrastrukturuna yönəlmiş "asmetrik müharibə" taktikası artıq öz bəhrəsini verir. Rusiya iqtisadiyyatının onurğa sütunu sayılan neft sektoru daxili tələbatı ödəyə bilməyəcək dərəcədə parçalanır və bu böhran davam etdikcə, Kremlin həm cəbhəni, həm də daxili sabitliyi qoruması getdikcə qeyri-mümkün olacaq.

Rasim Əliyev

"AzPolitika.info"


Oxunub: 576
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 10:25 | Badamdarda böyük tikinti cinayəti: Vüqar Zeynalov və Anar Quliyev necə sərəncam verib?
    Bu gün, 07:20 | Toyda baş verən mübahisə ölümlə nəticələndi
    Bu gün, 07:19 | Üç ölkə Ay uğrunda mübarizəyə başlayır
    Bu gün, 07:18 | Portuqaliya 1/4 finala vəsiqə qazandı
    Dünən, 19:15 | "Azərbaycanla Türkiyə münasibətləri tarixin özünə bir örnəkdir" - R.Becanovun yazısı
    Dünən, 19:08 | Əhməd Yusifov dünya çempionu oldu - VİDEO
    Dünən, 18:57 | Azərbaycan millisi Litvanı məğlub etdi, liderliyə yüksəldi- Video
    Dünən, 18:35 | Müasir İran siyasətində “Şahnamə” kodları - ANALİZ
    Dünən, 14:17 | Ukraynaya hücumlar daha da gücləndiriləcək - MN
    Dünən, 13:20 | Azərbaycanda hava kəskin dəyişdi: Dağlara qar, rayonlara leysan yağdı - Foto/Video
    Dünən, 13:10 | Rusiyada 100 min ayı məhv ediləcək – Qərar
    Dünən, 12:19 | Diktə dövrü başa çatıb, Hörmüz açılmayacaq - Qalibaf
    Dünən, 12:17 | Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı
    Dünən, 12:15 | Bakıda yaşayış evi uçdu: ölən və yaralanan var
    Dünən, 11:20 | Şəfəq qəsəbəsində binada partlayış olub, bir nəfər yaralanıb - VİDEO
    Dünən, 10:20 | Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
    Dünən, 10:18 | Gəncəyə ilk raket hücumundan altı il ötür
    Dünən, 10:16 | Ukraynaya kütləvi hücum: Rusiyada hazırlıq başladı
    Dünən, 08:19 | Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
    Dünən, 08:17 | Tovuzda qadının ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
    Dünən, 08:15 | "Fənər"in baş məşqçisi "Turan"la oyunu şərh etdi
    Dünən, 08:13 | Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?
    Dünən, 08:12 | Bu uşaqlara qəhvə qəti qadağan edilməlidir!
    3-10-2026, 22:38 | Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto
    3-10-2026, 22:24 | Rusiyaya zərbələri ikiqat artıracağıq - Zelenski
    3-10-2026, 22:21 | Bakıda market və avtomobildən oğurluq edənlər saxlanıldı
    3-10-2026, 22:15 | "Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu
    3-10-2026, 22:13 | Fitso Serbiyaya buna görə səfərini ləğv etdi
    3-10-2026, 22:12 | İstanbulda cinayətkar dəstənin 7 üzvü saxlanıldı
    3-10-2026, 22:06 | Sovet pullarını yoxlayın: Bu əsginas 2900 manata satıldı
    3-10-2026, 22:02 | ABŞ icazə verdi: Bu ölkədən İrana uçuşlar olacaq
    3-10-2026, 21:48 | "Turan Tovuz" - "Fənərbağça"ya qarşı: ikinci qol - Canlı
    3-10-2026, 17:53 | Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib
    3-10-2026, 17:32 | “Ağstafa Gəncləri” səfərdə “Kür-Araz”a qalib gəldi
    3-10-2026, 12:36 | Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
    3-10-2026, 12:34 | Türkiyədə mədən qəzası: ölənlərin sayı 5-ə qalxdı
    3-10-2026, 12:33 | Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...
    3-10-2026, 12:30 | 1683-cü gün: Rusiyanın itkiləri yeniləndi
    3-10-2026, 12:29 | Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!
    3-10-2026, 12:27 | İlham Əliyev İraq prezidentini təbrik etdi
    3-10-2026, 12:25 | Millətlər Liqası: Bu gün daha 8 vacib oyun var
    3-10-2026, 11:07 | Fərhad Gündoğdu həbs edildi
    3-10-2026, 11:05 | Prezidentdən Ladislau-Marius Vizerlə bağlı sərəncam
    3-10-2026, 11:03 | Azərbaycana 10 sm qar yağdı - Video
    3-10-2026, 11:02 | Bakıda ərzaq satışı köşkündə yanğın: ölən var
    3-10-2026, 11:00 | Tovuzda dəhşət: Anasının üzərinə benzin tökərək yandırdı
    3-10-2026, 10:59 | ADY-dən yağışlı hava ilə bağlı çağırış
    3-10-2026, 10:56 | Azərbaycan türk dünyası birliyinin gücləndirilməsinə sadiqdir...
    2-10-2026, 21:11 | Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
    2-10-2026, 20:59 | Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.