Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • Komaya düşərək vəfat edən sabiq icra başçısı dəfn olundu - FOTO
  • Sultan Qasımov 191 minlik dələduzluqda ittiham olunur
  • Metro stansiyalarında ürək aparatları quraşdırılacaq
  • TƏBİB Bahadur Rzayevə həvalə olundu
  • Bu qaydanı pozanlar 400 manat cərimələnəcək
  • Tanınmış jurnalistin qardaşı və qardaşıoğlu vəfat etdi - FOTO
  • Həkəri çayı üzərində su anbarı tikiləcək
  • Anasını, atasını və qardaşının arvadını bıçaqladı - ana öldü - YENİLƏNİB
  • Leysan, dolu və qar yağacaq - XƏBƏRDARLIQ
  • Bu cərimələr yenilənir
  • ADY yeni rayonlararası sərnişin qatarları alır
  • Bununla bağlı yeni cərimələr müəyyənləşir
  • Rusiya Kiyevə raketlərlə hücum etdi: ölü və yaralılar var
  • Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR: pul artıq qapınızın ağzındadır
  • Bakıda daha bir kütləvi dava - ANBAAN VİDEO
  • Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
  • İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
  • Trombdan qorunmaq üçün səhərlər bunu edin!
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“AZƏRBAYCAN DA AVROPAYA LAZIM OLANI 5 QAT BAHA SATMALIDIR” – “Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ”

  • Tarix: 13-06-2026, 22:49

Fərhad Məmmədov: “Bu, Rusiyameylli qüvvələrə verilən siqnaldır ki, hərəkətə keçin, mitinqlər təşkil edin, küçələrə çıxın…”

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov “AzPolitika”ya müsahibəsində Ermənistanda keçirilən parlament seçkilərindən sonra İrəvanın daxili və xarici siyasəti ilə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Fərhad bəy, əvvəlcə Ermənistandakı seçkilərin nəticələrini dəyərləndirməyinizi rica edirəm. Bu nəticələr nədən xəbər verir və Paşinyanı mütləq qalib saymaq olarmı?

- Bu qalibiyyət məsələsi son günlər geniş müzakirə olunur. Paşinyan hökuməti təkbaşına formalaşdıra bilir və bu artıq qalibiyyət deməkdir. Nəyi edə bilmir? Parlamentdə konstitusion çoxluğu, yəni üçdə iki səs çoxluğunu təmin edə bilmir. Amma bundan əvvəl də bunu təmin edə bilmirdi.

- Daha əvvəl hakim partiyanın 71 mandatı vardı…

- Bəli. Əvvəllər 71 mandat idi, sonra 69 oldu. İki deputat fraksiyadan ayrıldı. Ona görə demək olar ki, Paşinyan qalib olub. Ermənistanın seçki qanunvericiliyi kifayət qədər mürəkkəbdir. Hazırda “Çiçəklənən Ermənistan” partiyasının səsləri yenidən hesablanır. (Dünən gecə MSK iki məntəqənin nəticələrini ləğv etdi və sözügedən partiya parlamentə düşə bilmədi - red) Əgər həmin partiya parlamentə keçərdisə, əlavə beş mandat qazanacaqdı. Bununla belə, Paşinyan yenə də hökuməti təkbaşına formalaşdıra və vacib təyinatları həyata keçirə biləcək. Qısa desək, birinci dərəcəli qalibiyyət hökuməti formalaşdırmaq üçün lazım olan çoxluğu əldə etməkdir. İkinci dərəcəli qalibiyyət isə beşdə üç çoxluğu təmin edib vacib təyinatları həyata keçirməkdir. Hazırda üç partiya parlamentə keçərsə, Paşinyanın bu imkanı olacaq. Konstitusiya Məhkəməsinin hakimlərinin, xüsusi xidmət orqanları rəhbərinin, baş prokurorun və digər mühüm vəzifələrin təyinatı üçün beşdə üç çoxluq lazımdır. Ən yüksək göstərici isə üçdə iki konstitusion çoxluqdur. Bu isə Paşinyanda yoxdur. Ona görə də oxucular özləri qərar versinlər ki, onu tam qalib hesab etmək olar, yoxsa yox.

- Bəs bu mənzərə Ermənistanda bundan sonra siyasi konfliktlərin tez-tez baş verəcəyini, bəlkə də hansısa mərhələdə siyasi böhrana çevriləcəyini deməyə əsas verirmi? Ermənistanın siyasi həyatı daha dinamik və qarmaqarışıq olacaqmı?

- Yox. Çünki bundan əvvəl necə olubsa, bundan sonra da təxminən elə olacaq. Paşinyan hakimiyyətini qoruyub saxlayıb. Seçkilərdə inzibati resurslardan istifadə olunub. Dövlət sistemi ona tam loyallıq nümayiş etdirib. Hətta lazım olanda ordu hissələri seçki başa çatmağa bir dəqiqə qalmış məntəqələrə gəlib səs veriblər. Polis və xüsusi xidmət orqanları Paşinyanın təxminən 300 siyasi rəqibini həbs edib. Bu da dövlət aparatının ona loyallığının göstəricisidir. Cinayət işləri vaxtında və tam miqyasda açılıb. Dövlət sistemi işləyib. Dəyişən yalnız müxalifətin parlamentdəki yerləri oldu. Onlar bir qədər çox səs qazandılar və tərkib dəyişdi. Serj Sarkisyanın partiyası və digər bəzi qüvvələrin əvəzinə Samvel Karapetyanın siyasi qüvvəsi parlamentdə təmsil olundu. Robert Köçəryanın partiyası isə əvvəlki kimi qaldı. Ona görə də ciddi dəyişiklik baş vermədi. Parlamentdə təmsil olunan bütün müxalifət qüvvələri Rusiyameyllidir. Dəyişən əsasən soyadlar oldu.

- Paşinyanın seçkidən əvvəlki bəyanatlarını nəzərə alsaq, müxalifətə qarşı repressiyalar gözləyirsinizmi? Xüsusilə Samvel Karapetyan haqqında əvvəldən cinayət işi var, Qaqik Sarukyanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Robert Köçəryan da hökumətin hədəfində olan siyasi fiqurlardandır. Bundan sonra Paşinyanın rəqiblərini inzibati vasitələrlə zəiflədəcəyini gözləmək olarmı?

- Əlbəttə, onların aktivləri, yəni biznesləri təzyiq altında qala bilər. Karapetyanın biznesinin yalnız kiçik hissəsi Ermənistandadır. Elektrik şəbəkəsi ona məxsus idi, artıq əlindən alınıb. Hazırda əsasən pizza biznesi və başqa kiçik sahələr qalıb. Yəni onun biznesinə ciddi zərbə vurmaq imkanları məhduddur. Daha çox onun şəxsinə və səsləndirdiyi fikirlərə görə cinayət işi açılıb. Köçəryanın biznesinin böyük hissəsi isə Ermənistandadır və hələ də qalır. Mən Ermənistanda olarkən İrəvanın mərkəzində gördüyüm beşulduzlu otellərin üçü ona məxsus idi. Bu gün də vəziyyət dəyişməyib. Qaqik Sarukyanın isə demək olar ki, bütün biznesi Ermənistandadır. Onun ən böyük biznesi olan sement zavodu ilə bağlı artıq cinayət işi açılıb. Onu da milliləşdirmək, dövlət nəzarətinə keçirmək istəyirlər. Yəni Paşinyan əlindəki bütün təzyiq mexanizmlərini saxlayır və dövlət resurslarından hakimiyyətini möhkəmləndirmək üçün geniş istifadə edir.

- Fərhad bəy, bəs Ermənistanın xarici siyasətində nələr dəyişə bilər? İlk növbədə Rusiya ilə münasibətlər seçki ərəfəsində çox gərgin idi. Hələ ki, Rusiyadan Paşinyanı təbrik edən olmayıb. Nə dövlət başçısı, nə də digər rəsmi şəxslər. Rusiya-Ermənistan münasibətləri bundan sonra necə olacaq? Praqmatik maraqlar üstünlük təşkil edəcək, yoxsa təzyiq siyasəti davam edəcək?

- Maraqlı sualdır. Çünki seçkiöncəsi dövrdə artıq bir ildən çox idi ki, Rusiyanın Ermənistandakı seçkilərə müdaxiləsi ilə bağlı məlumatlar yayılırdı. Paşinyan hətta Avropadan kömək istədi və Avropa İttifaqı hibrid təhdidlərə qarşı xüsusi missiya göndərdi. Fikir verin ki, həmin missiya gələndən sonra Paşinyana yaxın mediada yüzlərlə telefon danışığı sızdırılmağa başladı. Mən belə başa düşürəm ki, bunun üçün xüsusi texniki vasitələrdən istifadə olunub. Misal üçün, Karapetyanın adamlarının seçki rüşvəti təklif etdiyinə dair danışıqlar yazılıb yayılırdı. İnsanlar bir-biri ilə bölüşürdülər ki, sənə nə qədər pul verirlər, neçə nəfər adam seçkiyə gətirə bilərsən və sairə. Bütün bunlar baş verdi. Amma maraqlı məqam ondan ibarətdir ki, Rusiyanın dövlət strukturlarında mövcud olan problemlər bu prosesdə də özünü göstərdi. Əgər Ermənistana qarşı meyvə-tərəvəz, mineral su, konyak və digər məhsullarla bağlı sanksiyalar tətbiq olunurdusa, bu addımlar iki ay əvvəl atılmalı idi ki, effekti seçki dövründə hiss olunsun. Digər tərəfdən, elə bil ki, Moskvada bu işə cavabdeh olan şəxslərlə Ermənistandakı Rusiyameylli siyasi qüvvələr arasında kommunikasiya problemləri var idi. Mənim anladığıma görə, Rusiya bu dəfə az pul xərcləyib.

- Həmin biznesmenlər vasitəsilə?

- Rusiyadan Ermənistana gələn Ermənistan vətəndaşları vasitəsi ilə daxildə xüsusi pul paylanması sistemi qurulmuşdu. Hətta Putin səviyyəsində Ermənistan müxalifətinin istifadə etdiyi tezislər səsləndirilirdi. Çünki Paşinyan tərəfdarları deyirdilər ki, münasibətlər yaxşıdır, Paşinyan mütəmadi olaraq Putinlə görüşür, problem yoxdur. Rusiyameylli qüvvələr də Moskvaya bildirirdilər ki, siz nümayiş etdirməlisiniz ki, problem var. Prezident, Təhlükəsizlik Şurasının katibi, Təhlükəsizlik Şurası sədrinin müavini, baş nazirin müavini, xarici işlər naziri – kim var idisə, hamısı bu prosesə qoşuldu.

- Rusiya rəhbərliyinin hələ də Paşinyanı təbrik etməməsi nə deməkdir?

- Bu, Rusiyameylli qüvvələrə verilən siqnaldır ki, hərəkətə keçin, mitinqlər təşkil edin, küçələrə çıxın. Çünki seçkiöncəsi təbliğatın məntiqi nəticəsi ondan ibarət idi ki, seçkidən sonra küçə qarşıdurmaları və ya ciddi siyasi gərginlik yaransın. Köçəryan da bunu deyirdi, Karapetyan da. Amma görünür ki, burada da kommunikasiya problemi və ya müəyyən tərəddüd özünü göstərdi.



- Yəni gözlənilən ssenari baş tutmadı?

- Bəli. Ya pul lazım olduğu qədər xərclənmədi, ya da erməni biznesmenləri onlardan tələb olunan qədər vəsait ayırmadılar. Ona görə də indi Rusiyanın, daha doğrusu Putinin Paşinyanı təbrik etməməsi ehtimalı çox zəif görünür. Bu, yalnız o halda böyük hadisə sayıla bilərdi ki, Ermənistanda daxildə hansısa proseslər baş versin və Rusiyameylli qüvvələr bundan istifadə edib desinlər ki, baxın, Putin Paşinyanı tanımır.

- Amma hazırda belə bir vəziyyət yoxdur.

- Yoxdur. İndi onlar məhkəmələrə müraciət edəcəklərini deyirlər. Amma biz bunu 2021-ci ildə də görmüşük. İndi Rusiya seçim qarşısındadır: ya sanksiyaları və sərt bəyanatları davam etdirəcək, ya da reallığı qəbul edəcək.

- Reallığı qəbul etsə, nə baş verə bilər?

- Əgər Rusiya Ermənistanda Avropa İttifaqı ilə uzunmüddətli rəqabət aparmaq istəyirsə, o zaman sanksiyalar tətbiq etmək əvəzinə, erməni biznesini daha çox özünə cəlb etməlidir. Mən düşünürəm ki, Rusiyada hazırda səmərəli addımlar atmaq baxımından problemlər var. Bunu Ukrayna müharibəsində də, digər istiqamətlərdə də görürük. Hətta Qərbdən Türkiyəyə də Ermənistanla sərhədi daha tez açması üçün həm təzyiqlər, həm də təkliflər ola bilər. Əgər Rusiya reallığı qəbul edib daha praqmatik addımlar atsa, iqtisadi əlaqələri genişləndirəcək, mövcud dayaqları gücləndirəcək və uzunmüddətli rəqabət üçün zəmin formalaşdıracaq.

- Fərhad bəy, bəs seçkinin nəticələri və Ermənistan cəmiyyətində müşahidə olunan əhval-ruhiyyə Avropa İttifaqı üçün nə deməkdir? Ermənistanın Avropa inteqrasiyası baxımından bu nəticələr maneədir, yoxsa daha rahat bir mərhələ başlayır?

- Paşinyanın hazırda həyata keçirdiyi xarici siyasət xəttini nəzərdə tutursunuz. Bilirsiniz, burada yarımçıq bəyanatlar var. Avropa bu istiqamətdə çox risk edir. Çünki Avropa adətən gözləyir ki, həmin ölkələr rəsmi şəkildə üzvlüklə bağlı müraciət etsinlər və yalnız bundan sonra proses başlasın. Amma Ermənistanda ola bilsin ki, bunu qapalı qapılar arxasında deyirlər. Ermənistanın digər ölkələrdən fərqi ondadır ki, o artıq bir gömrük ittifaqının üzvüdür. Digər ölkələr, məsələn Şərqi Balkan ölkələri hansısa gömrük ittifaqının üzvü deyillər. Onlar üçün Avropa ilə inteqrasiya istiqamətində bir addım atmaq kifayətdir. Ermənistanda isə iki addım lazımdır. Əvvəlcə mövcud ittifaqdan çıxmalıdır, sonra özünü hazırlamalıdır və yalnız bundan sonra Avropa İttifaqına namizəd statusu qazana bilər. Hazırda isə Avropa İttifaqı ilə Ermənistan hakimiyyəti elə bir vəziyyət yaradıb ki, Ermənistan Rusiyanın gömrük ittifaqında qala-qala onu Avropa İttifaqına namizəd olmağa hazırlayırlar. Yəni islahatlar həyata keçirirlər və sair. Ticarət sazişlərinə gəlincə, Avropa İttifaqı ilə Ermənistanın münasibətləri Serj Sarkisyan dövründə imzalanmış CEPA sazişi ilə tənzimlənir. Artıq üç ildir ki, CEPA Plus müqaviləsini hazırlayırlar, amma qəbul edə bilmirlər.

- Vizasız gediş-gəliş məsələsi də var.

- Bəli. Bu da müəyyən şərtlər tələb edir. Məsələn, hazırda Rusiya vətəndaşları Ermənistana daxili pasportla, yəni şəxsiyyət vəsiqəsi ilə gedib-gələ bilirlər. Əgər Avropa İttifaqı ilə vizasız rejim tətbiq olunacaqsa, bu praktika dayandırılmalıdır.

- Başqa hansı şərtlər var?

- Ermənistan öz sərhədlərini tam şəkildə özü qorumalıdır. Hazırda məntəqələrdə olmasalar da, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində Rusiya sərhədçiləri mövcuddur. Onlar da çıxmalıdırlar ki, Ermənistan bütün giriş-çıxışlara özü nəzarət etsin.

- Yəni bunun üçün vaxt lazımdır.

- Əlbəttə. Avropa İttifaqı kisəsini açıb Ermənistana lazım olan maliyyəni verir və geosiyasətlə məşğul olur. Bu, onların seçimidir. Ermənistana dəstək vermək və Ermənistan üzərindən öz geosiyasi maraqlarını həyata keçirmək istəyirlər. İstəyirdilər ki, bu siyahıda Gürcüstan da olsun, amma onlarla alınmadı. Ona görə Gürcüstandan çox dərin inciklik var. Onları təhdid edirlər ki, vizasız rejimi dayandıra bilərlər. Amma Ermənistanla Gürcüstansız iş görmək də mümkün deyil. Türkiyəsiz də Ermənistanla bir iş görmək çətindir. Ona görə özləri guya prinsiplər üzərində qurulan xarici siyasət haqqında danışırlar.Amma elə özləri prinsipsizlik nümayiş etdirirlrər. Misal üçün, Ermənistanda becərilən gülləri Avropa ittifaqı bazarlarına çıxarmaq məsələsi…. Sertifikat yox, bir şey yox… Başqa bir ölkəyə qarşı buna etsəydilər orada üsyan qalxardı. İndi də 50 milyon avro ayırıblar, dəstək verməyə hazır olduqlarını deyirlər. Bu da əlbəttə onların baxış bucağıdır, Cənubi Qafqazda həyata keçirmək istədikləri siyasətdir.

- Nə qədər uğurludur?

- Baxın, Azərbaycan və Gürcüstanla bunu həyata keçirə bilmirlər. Halbuki bu iki ölkə Cənubi Qafqazın geosiyasi və geoiqtisadi məzmununun 95 faizini təmin edir. Onlar nə bizi, nə də Gürcüstanı real formada heç bir halda inkar edə bilməzlər. Əgər Ermənilər onlar üçün bu qədər dəyərlidirsə, pulları da çoxdursa, xərcləsinlər. O zaman Azərbaycan da Avropa ittifaqına lazım olanı dəyərindən 5 qat baha satmalıdır. Mən belə düşünürəm. Mərkəzi Asiya ilə ticarətdə Aİ-yə məxsus şirkətlərə qarşı tarif siyasəti hamıdan artıq olmalıdır. Əgər onlar öz prinsiplərindən xaric bu addımları atırlarsa, nəyə görə biz bunu etməyək? Onsuz da Aİ ilə üçdə alacağımız, beş verəcəyimiz yoxdur. Azərbaycan Aİ üzvü olan ölkələrlə iş görür, nəinki Avropa Komissiyası ilə… Əgər onlar praqmatikdirlərsə, o zaman Azərbaycanla da qayda, prinsip gözləmədən işlərini həyata keçirməlidirlər. Bu istiqamətdə ilk işartılar var, amma Aİ-dəki siyasətçilər daha çox Avropa Parlamentindən çəkinərək məsuliyyətli addımlar atmırlar.

- Dediyiniz işartılar nədən ibarətdir?

- Azərbaycana məxsus bir neçə gəmi sanksiyalar siyahısından çıxarıldı və s. Əlbəttə orada praqmatik düşünən insanlar da var. Amma onlar qorxurlar ki, problemlə üzləşərlər, vəzifələrə təyin olunmayacaqlar və s. Amma məsələ kəskinləşəndə onlar da mövqelərini ortaya qoymalıdırlar, əks halda Azərbaycan da onlarla bağlı adekvat siyasəti olacaq.

- Sonda Paşinyan hökumətinin seçkidə əldə etdiyi nəticələr Azərbaycanla sülh prosesini irəli aparmaq imkanı verirmi?

- Burada bir neçə yol var. Yaxın 2 ay ərzində Ermənistanda seçki ilə əlaqəli prosedurlar bitəcək. Hökumətin formalaşmasından sonra İrəvan sülh gündəliyi ilə bağlı öz niyyətini açıqlayacaq. O zaman nəsə demək olar ki, hansı formada bunu həyata keçirə bilərlər. Nəzəri baxımdan ölkədə referendum keçirmək mümkündür. Əgər bu istiqamətdə biz Ermənistan hakimiyyətinin ciddiliyini yoxlamaq istəyiriksə, o zaman iki məsələyə fikir vermək lazımdır. Birincisi, yeni Konstitusiya layihəsinin təqdim edilməsi. Bu, hələ ki, baş verməyib, baxmayaraq martda açıqlanmalı idi. İkincisi, hökumətin formalaşmasından sonra hakimiyyətin niyyət və məramlarını ehtiva edən proqram qəbul olunur. Görək, orada referendum, yeni konstitusiya məsələsini necə qeyd edəcəklər. Biz görmüşdük ki, 2021-ci ilin seçki kampaniyasında yer alan tezislər sonra hökumətin proqramında öz əksini tapmamışdı. Görək bu dəfə necə olacaq. Bundan sonra düşünürəm ki, Azərbaycan da öz mövqeyini formalaşdıracaq. Nəzəri baxımdan indi referendum keçirilməsi mümkün deyil, amma Paşinyan tərəfindən bu istiqamətdə təşəbbüslər irəli sürülə bilər.

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info”


Oxunub: 6 282
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:49 | Komaya düşərək vəfat edən sabiq icra başçısı dəfn olundu - FOTO
    Bu gün, 19:48 | Sultan Qasımov 191 minlik dələduzluqda ittiham olunur
    Bu gün, 19:46 | Metro stansiyalarında ürək aparatları quraşdırılacaq
    Bu gün, 18:48 | TƏBİB Bahadur Rzayevə həvalə olundu
    Bu gün, 18:10 | Bu qaydanı pozanlar 400 manat cərimələnəcək
    Bu gün, 17:49 | Tanınmış jurnalistin qardaşı və qardaşıoğlu vəfat etdi - FOTO
    Bu gün, 17:47 | Həkəri çayı üzərində su anbarı tikiləcək
    Bu gün, 16:59 | Anasını, atasını və qardaşının arvadını bıçaqladı - ana öldü - YENİLƏNİB
    Bu gün, 16:58 | Leysan, dolu və qar yağacaq - XƏBƏRDARLIQ
    Bu gün, 16:56 | Bu cərimələr yenilənir
    Bu gün, 16:55 | ADY yeni rayonlararası sərnişin qatarları alır
    Bu gün, 16:53 | Bununla bağlı yeni cərimələr müəyyənləşir
    Bu gün, 08:17 | Rusiya Kiyevə raketlərlə hücum etdi: ölü və yaralılar var
    Bu gün, 08:12 | Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR: pul artıq qapınızın ağzındadır
    Bu gün, 07:32 | Bakıda daha bir kütləvi dava - ANBAAN VİDEO
    Bu gün, 07:25 | Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
    Bu gün, 07:24 | İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
    Bu gün, 07:23 | Trombdan qorunmaq üçün səhərlər bunu edin!
    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.