Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • Rusiya Kiyevə raketlərlə hücum etdi: ölü və yaralılar var
  • Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR: pul artıq qapınızın ağzındadır
  • Bakıda daha bir kütləvi dava - ANBAAN VİDEO
  • Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
  • İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
  • Trombdan qorunmaq üçün səhərlər bunu edin!
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Rüstəm İbrahimbəyovu təhqir edən Ayaz Salayev” - VİDEO

  • Tarix: 13-06-2026, 07:37

Mediaxeberleri.Az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV Yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 27-ci buraxılışının yazılı variantını təqdim edir:

Paşinyan qələbə çaldı, amma...

– Keçən həftə hamımızın arzuladığımız bir məsələ həyata keçdi: Ermənistanın parlament seçkilərində Paşinyan qələbə çaldı və sülhyönümlü qüvvələr hakimiyyətdə qaldı. Ancaq istər seçkidən əvvəl, istərsə də sonra Rusiyanın təzyiqi artan xətt üzrə getdi. Qələbədən sonra da parlamentdəki səs saylarına öz təsirini saxlamaqdadır. Məsələ çox sadədir. Paşinyan 49 faiz səs yığıb. Bu 105 nəfərlik parlamentdə 64 səs deməkdir. Yerdə qalan 41 səsin hamısı Rusiyameylli qüvvələrdir. Sülh prosesi üçün referendum keçirməyə isə 70 səs lazımdır. Beləliklə, Paşinyan hakimiyyəti hazırda ölkəsində rəsmi hakimiyyətdə qalsa da, köklü dəyişikliklər etmək iqtidarında deyil. Lakin mütəxəssislər başqa bir ehtimal da irəli sürürlər. Bu, Köçəryan da daxil olmaqla Rusiyameylli liderlərə cinayət işinin açılmasıdır. Ümid edək ki, Paşinyan sülh üçün əlindən gələni edəcək və buna nail olacaq. Sülh indi bizə də, erməni xalqına da hər şeydən çox lazımdır. Biz Ermənistanla sülh müqaviləsini bağlasaq, Qarabağ qələbəmiz əbədiləşir və hüquqi sənədlərdə də öz təsbitini tapır.

Sosial şəbəkələrlə bağlı yaş məhdudiyyəti...

– Ötən həftə sosial şəbəkələrdə yaş məhdudiyyətinin qoyulması ilə bağlı qanun layihəsinin ictimai müzakirəsi keçirilirdi. Təbii ki, sosial şəbəkələrin özündə və mətbuatda da müzakirə olundu. Xatırladım ki, məsələ ilə bağlı xüsusi cərimələr də nəzərdə tutulur. İlkin yüz, daha sonra üç yüz manat. Sosial mediada yazılan rəylər və paylaşımlar məndə üç ciddi sual doğurdu. Birincisi, bu qanunun qəbul edilməsi ilə dövlət yeni cərimə mənbəyi axtarmır ki? İkincisi, sosial şəbəkələrə uşaqların adı ilə nəzarət mexanizmi sonradan siyasiləşməyəcək ki? Üçüncüsü, biz doğrudan da uşaqlarımızın qeydinə qalırıqsa, sosial şəbəkələrdə yaş məhdudiyyətindən əvvəl uşaqpulunu müzakirə etməli deyilikmi?

İnternetsiz kitabxanalarımız...

– Milli Məclisin Mədəniyyət Komitəsinin və Mədəniyyət Nazirliyinin rəhbərliyinin iştirakı ilə Azərbaycanda kitabxanaların vəziyyəti müzkirə olundu. Mədəniyyət naziri Adil Kərimli çıxış elədi, xeyli maraqlı faktlar açıqladı. Nazir müavini çxış elədi. Deputat, komitə sədri Fazil Mustafa ümumilikdə kitabımızın vəziyyəti ilə bağlı dəyərli sözlər söylədi. Mən məsələdən nə qədər xəbərdar olsam da, yenə məni çaşdıran rəqəmlərlə qarşılaşdım. Sən demə, kitabxanalarımızın 80 faizi müasir kommunikasiyadan, o cümlədən internetdən məhrumdur. Hətta bəlkə çoxunun telefonu da yoxdur. Bu, faciəvi bir rəqəmdir. İllah da cənab nazir bildirir ki, kitabxanaların yenidən qurulması üçün 64 milyon manat vəsait ayrılıb. Bununla belə kitabxanaların vəziyyəti çox acınacaqlıdır və bu vəziyyət həm də sosial sifarişdən gəlir. Əyalətdə kitaba maraq yoxdur. Bəzi rayon mərkəzlərində kitabxanaların qarşısında ot bitir. Kəndlərdəki kitabxanalar ən aşağı səviyyəli müəssisələr sırasındadır. Sanki bizə nə kitab lazımdır, nə kitabxana. Həyatımızda heç birinin yeri yoxdur. Halbuki sovetlər zamanında belə deyildi. Bəzən kitabları oxumaq üçün növbə siyahıları tutulurdu. Bəs nə etməli? Funksional olmayan bu müəssisələr bağlanmalımı? Əlbəttə, yox! Belə bir qərar verilsə, bir çox məmurların əlinə kitabxana binalarını satmaq və ya dəyişdirmək imkanı vermiş oluruq. Mədəniyyət müəssisələrində ikili tabeçilik var. Onlar həm Mədniyyət Nazirliyinə, həm də yerli icra strukturlarına tabedir. Çox zaman isə yerli icra strukturlarının təsiri nazirlikdən də üstündür. Bu strukturların əksəriyyəti isə insanların kitab oxumasında maraqlı deyil. Hətta bəzi rayonlarda kitab sərgilərinin keçirilməsinin qarşısını alırlar. Rayon rəhbərlərini də çox az istisnalarla kitabla bağlı tədbirlərdə görmürük. Fazil müəllim müzakirədə çox yaxşı söylədi ki, kitabxanaları yalnız Mədəniyyət Nazirliyinin idarəçiliyində olan müəssisələr kimi götürməməliyik. Bəli, doğrudan da kitab dövlət müstəqilliyimiz qədər, ərazi bütövlüyümüz qədər strateji məsələdir. Eyni zamanda, başqa strukturlara tabe olan kitabxanalar... İstər kitab evləri, istər nəşriyyatlar, istər yayım şəbəkələri, istərsə də yazarlar... Mədəniyyət Nazirliyi kitabxanalara kitab almaq üçün illik 600 min manat vəsait ayırır. Məncə, bu rəqəm də çox azdır və ən azı iki dəfə qaldırılmalıdır. Azərbaycan kimi bir ölkədə kitaba bu qədər ucuz yanaşmaq doğru deyil. Dövlətin kitaba xərclədiyi pul kitabxanalarla yanaşı nəşriyyatların da inkişafı deməkdir. İstərdim Mədəniyyət Nazirliyinin bu istiqamətdə səlahiyyətləri və imkanları artırılsın. Və biz hamımız kimliyindən asılı olmayaraq kitab mövzusunda əl-ələ verib irəli durmalıyıq. Eynən Qarabağ məsələsində irəli durduğumuz kimi. Ən böyük qələbələrin arxasınca kitab və mədəniyyət gəlmirsə, o qələbə heç vaxt əbədi qala bilməz.

Xalq şairləri içki məclisində...

– Xalq şairləri Musa Yaqubun və Ramiz Rövşənin iştirakı ilə içki məclisində çəkilmiş bir video-kontent geniş müzakirə yaratdı. Əslində, məndən olsa, şair və içki mövzusunda Orxan Pamukvari bir esse, hətta bəlkə kitab yazmaq olar. Çünki bizdə hələ sovet dövründən içki həm də çox siyasi mahiyyət daşıyıb. Haradansa oxumuşdum, mərhum şair Əli Kərimin silsilə şeirləri çıxması münasibəti ilə “İnturist”də verdiyi qonaqlığın səs-sorağı Moskvayacan gedib çıxmışdı. Məclisdə necəsə şairlər arasında dava düşmüşdü və bu məsələ aylarla müzakirəyə səbəb olmuşdu. Sovet vaxtı insanların şəxsi seçimi də bəzən ictimai məzmun qazanır, rəsmi səviyyələrdə qınaq obyektinə çevrilirdi. Eyni zamanda, içki şairləri represiyyadan saxlayan bir vasitə idi. Məsələn, Əliağa Vahid içdiyinə görə represiyyadan canını qurtara bilmişdi. Bir yandan da içən adamların beli sınırdı, onlara heç yerdə iş-filan vermirdilər. Söhbət heç də əyyaşlıqdan getmir, sadəcə içməkdən gedir. Halbuki hamı içirdi. Amma gizlin. Bildirmədən. Musa Yaqubla Ramiz Rövşəndə isə vəziyyət bir az fərqlidir. Süfrələri ərəb şeyxlərinin süfrəsinə oxşayır. Hətta bir balaca oliqarx havası da vurur. Xalq özünün heç vaxt görmədiyi bu zənginliyi xalq şairlərində görəndə bir balaca xəyal qırıqlığı yaşayır. Bu süfrələr indiki halda xalq şairinin xalqın yanında olmadığının bir əlaməti kimi ortaya çıxır. Bir dəfə Musa Yaqubdan soruşdum, dedim, Xalq şairi adını alanda həyatınızda ilk nə dəyişdi? Dedi, kürəkənimi işdən çıxarmışdılar, qaytarıb yerinə qoydular. Bax budur məsələ. Sən xalq şairi olan kimi dərhal xalqın yanından siyasi elitanın yanına keçirsən və həmişə belə zəngin süfrələrdə oturursan. Yəni əslində xalq şairi adını bizə xalqdan aralananda verirlər. Amma, məncə, bu videonu, Musa müəllimin söylədiyi o gözəl şeirə bağışlamaq olar. Onsuz da düzələn deyilik.

“Səriyyə” filminin nöqsanları...

– Mən “Kino” qəzetində işləmişəm və o gündən indiyə qədər müstəqil kino industriyasının yaranması üçün əlimdən gələni etmişəm. Bu mənada Əlixan Rəcəbovun layihələrini maraqla izləmişəm. Əvvəl vayner kimi başladı, sonra qısa videolar və filmlər çəkdi. Nəhayət, 2024-cü ildə “Səriyyə” adlı tammetrajlı filmlə qarşımıza çıxdı. Film xeyli səs-küy saldı. İki il əvvəl təqdimatı keçirilsə də, bu yaxınlarda Yutub platformasına yükləndiyi üçün bir daha geniş müzkirə yaratdı. Müstəqil kino çox yaxşıdır, lakin ssenarist və rejissor nə iş gördüyünü bilməlidir. Əlixan deyir, aparıcı Lalə Azərtaş filmə baxanda göz yaşlarını saxlaya bilməyib. Əlbəttə Əlixan Lalə Azərtaşın ipi ilə quyuya enməməlidir. O, qısa komik videolarda uğurlu idi. Tammetrajlı ssenaridə alındıra bilməyib. Əsas səbəblərdən biri isə dramaturgiyanı düzgün inkişaf etdirə bilməməsidir. Əvvəla yaşı doğru götürməyib. Azərbaycanda 12-14 yaşlı qızların nadir hallarda nişanlanması faktı ola bilər, amma ərə verilməsi, toy şənliyi keçirilməsi faktı ilə hər halda mən üzləşməmişəm. Statistika da göstərir ki, bizdə azyaşlıların evlənməsi deyəndə, daha çox 16-17 yaş nəzərdə tutulur. Əlixan bəy dramaturgiyanı şiddətləndirmək üçün 14 yaşında qızı ərə verir və onu yetkin bir insan, hətta az qala yunan filosofu kimi danışdırır. Beləliklə, dəhşətli bir sünilik, yalançılıq ortaya çıxır. Və əmin olursan ki, ssenarist bu mövzuya yaradıcı narahatlığa görə yox, biznes maraqları ilə mövzudan sui-istifadə edərək müraciət edib. Təkcə Əlixan deyil, skeç oynayan və qısa komik vodeolara çəkilən digər aktyorlarımız, istər “Bu şəhərdə” olsun, istər “KVN”, istərsə “Komedixan”, istərsə də digərləri yaxşı tammetrajlı film ortaya qoya bilməyiblər. Lakin bu təkcə aktyorlarla bağlı məsələ deyil. Bir tərəfdən də ssenaristlərin ədəbiyyatdan uzaq olması, müasir mətnləri oxumaması ilə bağlıdır. Əlixan bəyin qarşısında eyni mövzuda çəkilmiş “O olmasın, bu olsun” kimi bir şedevr vardı. Baxıb görərdi adamlar necə danışır, dramaturgiya necə qurulur? Azərbaycanda azyaşlı nikah klişe on beş yaşla daha çox bağlıdır. Klassik şeirlər də on beş yaşlı qızlara yazılır. On iki-on dörd yaş dindən, isti coğrafiyadan gələn ənənədir və bizim üçün xarakterik deyil. Filmdə bu amil nəzərdən qaçırıldığı üçün dialoqlar süni alınıb, on dörd yaşlı uşaq Sokrat, Aristotel kimi danışıb.





Oxunub: 3 158
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 08:17 | Rusiya Kiyevə raketlərlə hücum etdi: ölü və yaralılar var
    Bu gün, 08:12 | Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR: pul artıq qapınızın ağzındadır
    Bu gün, 07:32 | Bakıda daha bir kütləvi dava - ANBAAN VİDEO
    Bu gün, 07:25 | Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
    Bu gün, 07:24 | İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
    Bu gün, 07:23 | Trombdan qorunmaq üçün səhərlər bunu edin!
    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.