"Erməni separatçılarının siyasi məhbus adlandırılmasının heç bir əsası yoxdur" - Deputat
Ermənistan saxlanılan qondarma Dağlıq Qarabağ separatçılarını "siyasi məhbus" kimi qələmə verməyə çalışır. Mövzu ilə bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın həbs etdiyi erməni separatçılar Azərbaycan dövlətinə, əsgərinə qarşı terror törədən şəxslərdir. Yəni onlar cinayətlər əsasında həbs olunublar və bu gün də onlar öz cəzalarını çəkirlər. Onların siyasi məhbus adlandırılmasının heç bir əsası yoxdur: "Siyasi məhbus termininin konkret və dəqiq anlayışı var. Bu gün Azərbaycanın həbs etdiyi erməni separatçılar Azərbaycan dövlətinə, əsgərinə qarşı terror törədən şəxslərdir. Yəni onlar cinayətlər əsasında həbs olunublar və bu gün də onlar öz cəzalarını çəkirlər. Onların siyasi məhbus adlandırılmasının heç bir əsası yoxdur. Birmənalı olaraq siyasi məhbus terminindən istifadə etmək yolverilməzdir. Çünki bu ifadənin beynəlxalq anlayışı da var. Ona görə də biz bu kimi məsələlərdə daha diqqətli və ehtiyatlı olmalıyıq. Təəsüf ki, Ermənistanın təxribatlarının ardı-arası kəsilmir. Bəzi Qərb dairələri onlara dəstək olurlar. Əgər Ermənistan nəyəsə nail olacağını düşünürsə, yanılır. Çünki bu separatçlıların konkret cinayətləri sübut olunub. Ermənistan yaxşı olar ki, təxribatlara son qoysun və bölgəyə sülhün gəlməsi üçün real addımlar atsın. Bu kimi açıqlamalar münasibətlərə mənfi təsir göstərir".