Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək

Son xəbərlər :
  • 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
  • “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
  • “TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
  • C5-DƏN C6-YA TARİXİ KEÇİD... - Azərbaycanın Mərkəzi Asiya həmləsi
  • VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?
  • AFFA UEFA-nın qərarına qarşı çıxıb
  • Elvin Mahmudzadə həbs edildi
  • Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - Foto
  • İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
  • İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək"
  • Misli Premyer Liqasında VII tur başlayır: "Neftçi" "Sabah"a, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı
  • Vətəndaşın pensiyasına təsir edəcək QƏRAR - VİDEO
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • Hadrutun işğaldan azad edilməsindən 6 il ötür
  • Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
  • Cəbrayılda mina partlaması nəticəsində yaralanan gəncin vəziyyəti ağırdır - YENİLƏNİB
  • Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
  • Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video
  • Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı
  • Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?

  • Tarix: Bu gün, 10:12

Şəmil Sadiq

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Təəssüflə qeyd edək ki, bu gün məktəb-valideyn əlaqələri yalnız iclas, qiymət və ya şikayət kimi yadda qalır. Sözsüz ki, valideynin biliyi, peşəsi və həyat təcrübəsi də təhsil prosesinin bir hissəsinə çevrilə bilər və çevrilməlidir. Bunun üçün valideynin məktəbdəki iştirakını ayrı-ayrı müəllimlərin təşəbbüsü ilə keçirilən təsadüfi görüşlərdən çıxarıb məqsədli və davamlı fəaliyyətə çevirsək daha yaxşı nəticələr əldə edə bilərik.

Bu yazıda təklif etdiyim məsələ valideynlərin birbaşa tədrsi prosesinə cəlb edilməsidir. Bunu niyə və necə edək, sualı yazımızın əsas xətti olsun, məncə.

Pedaqoji müzakirələrdə tez-tez məktəb–şagird–valideyn üçbucağından danışılır. Hədəf konseptində isə biz bu münasibətə dairə kimi baxmağa üstünlük veririk. Məncə üçbucağın küncləri bəzən tərəflərin ayrı-ayrı mövqelərdə dayanmasını və ya kəsişməsinə gətirib çıxarır. Dairə isə uşağın ətrafında əl-ələ verərək onu birlikdə yüksəltmək düşüncəsini ifadə edir. Bu, həndəsi fiqurlar haqqında hökm deyil, əməkdaşlığa baxışımızı göstərən bir bənzətmədir. Əlbəttə ki, dairənin mərkəzində uşağın inkişafı dayanmalıdır.

Belə bir əməkdaşlığın ilk qazancı qarşılıqlı etimaddır. Məktəbi, müəllimi və sinif mühitini yaxından tanıyan valideyn təlim prosesini daha yaxşı anlayır. Müəllim də ailənin gözləntilərini, təcrübəsini və uşağa yanaşmasını öyrənər. Ünsiyyət yalnız problem yarananda başlamadıqda, çətinlikləri birlikdə həll etmək üçün daha sağlam zəmin formalaşar.

Valideynin təhsildə iştirakının əhəmiyyəti müxtəlif tədqiqatlarda da görünür. Böyük Britaniyanın “Education Endowment Foundation” təşkilatının 124 tədqiqatı əhatə edən icmalında valideyn iştirakına yönəlmiş yanaşmaların orta hesabla bir tədris ili ərzində əlavə dörd aylıq öyrənmə irəliləyişi ilə nəticələndiyi göstərilir. Lakin sübutların böyük hissəsi evdə oxu və öyrənməyə dəstək proqramlarına aiddir. Buna görə həmin göstəricini valideynin sinfə gəlməsinin avtomatik nəticəsi saymağımız düzgün olmaz. Əsas məsələ bu əməkdaşlığın uşağın öyrənməsinə necə xidmət etməsidir.

Valideynin siniflə tanışlığı öz övladını daha dolğun tanımaq üçün də imkan yaradır. Bəzən ailə övladının bacarıqlarını olduğundan yüksək qiymətləndirir, bəzən də onun güclü tərəflərini görmədən yalnız çatışmazlıqlarına diqqət yetirir. “Xalqın uşağı” ilə başlayan müqayisələr isə ayrı psixoloji problemlər yaradır.

Sinifdə valideyn uşağının necə ünsiyyət qurduğunu, sual verdiyini, əməkdaşlıq etdiyini və təşəbbüs göstərdiyini görə bilər. Məqsəd uşaqları bir-biri ilə yarışdırmaq deyil, öz övladının ehtiyaclarını və imkanlarını daha düzgün anlamaqdır. Üstəlik, bir görüş uşağın bütün potensialını üzə çıxara bilməz; valideynin iştirakı onun davranışına da təsir edə bilər. Doğru aparılan müşahidə müəllimlə sonrakı fərdi söhbəti zənginləşdirən əlavə məlumat kimi dəyərləndirilməlidir.

Bu proses uşaq üçün də mənalı ola bilər. Anasının, atasının və ya ona qayğı göstərən başqa bir ailə üzvünün bildiklərini siniflə bölüşməsi ailə ilə məktəb arasında canlı əlaqə yaradır. Uşaq öz ailəsinin təcrübəsinin məktəbdə dəyər gördüyünü hiss edir. Bunun üçün görüşlərin atmosferi səmimi olmalı, uşağı nümayiş etdirmək və ya onun haqqında hamının qarşısında danışmaq cəhdindən uzaq qalmalıdır.

Mənim təklifim məktəbin illik təlim-tərbiyə planında “Valideyn saatı” adlı davamlı proqramın yer almasıdır. Məsələn, 30 şagirdin təhsil aldığı sinifdə tədris həftələri və məktəbin imkanları nəzərə alınmaqla, həftədə bir görüş təşkil edilə bilər. Hər həftə növbə ilə bir ailənin nümayəndəsi dəvət olunar və il ərzində bütün ailələrə iştirak imkanı yaradılar. Beləliklə, valideynlə görüş təsadüfi tədbirdən planlaşdırılmış öyrənmə fəaliyyətinə çevrilə bilər.

Burda ən önəmli faktr bu saatın məzmununun əvvəlcədən müəllimlə birlikdə hazırlanmasıdır Valideynin uzun çıxışı əvəzinə qısa həyat hekayəsi, praktik fəaliyyət və sual-cavabdan ibarət görüş daha məqsədəuyğundur. Uşaqlar dinləməklə yanaşı, nəyisə sınamalı, hazırlamalı, müzakirə etməli və görüşün sonunda nə öyrəndiklərini ifadə etməlidirlər.

Bir aşpaz ərzaq ölçüləri vasitəsilə riyaziyyatı gündəlik həyatla əlaqələndirə bilər. Mühəndis uşaqlarla sadə körpü modeli qura, dərzi ölçü və həndəsi formaları göstərə, fermer toxumun inkişafı haqqında praktik məşğələ keçirə bilər. Jurnalist məlumatı yoxlamağın yollarını, usta isə nasazlığın səbəbini tapmaq üçün necə düşündüyünü izah edə bilər. Beləcə, dərslikdəki bilik konkret fəaliyyətlə məna qazanmış olar. Bu isə bizim təhsildən gözlədiyimizdir.

Burada əsas meyar valideynin vəzifəsi və ya maddi imkanı olmamalıdır. Ev təsərrüfatını idarə etmək, ailə büdcəsini planlaşdırmaq, əl işi hazırlamaq və gündəlik problemləri həll etmək, adicə bir nağıl danışmaq da paylaşılmağa dəyər təcrübədir. Sözsüz ki, proqram uşaqlara müxtəlif əməyin dəyərini göstərməli, ailələr arasında nüfuz yarışına çevrilməməlidir.

Bu yanaşma peşələrlə tanışlıq baxımından da əhəmiyyətlidir. Nancy Hill və Diana Tysonun 2009-cu ildə dərc olunmuş, 50 tədqiqatı birləşdirən meta-analizində erkən yeniyetməlik dövründə akademik nailiyyətlə ən güclü müsbət təsiri valideynin məktəbdə iştirakı forması “akademik sosiallaşma” olub. Buraya təhsilin əhəmiyyəti barədə söhbətlər, məktəbdə öyrənilənləri həyat və gələcək məqsədlərlə əlaqələndirmək daxildir. Bu, səbəb-nəticə zəmanəti deyil, lakin valideynlə ünsiyyətin məzmununun nə qədər vacib olduğunu göstərən nəticədir.

“Valideyn saatı” və ya “Valideyndən şagirdə” adlı dərs həmin əlaqəni qurmaq üçün bizə geniş bir imkan veirir. Uşaq “Bu mövzunu niyə öyrənirəm?” sualına real insanın təcrübəsindən cavab tapa bilər. Valideyn yalnız uğurlarını deyil, peşəsində qarşılaşdığı çətinlikləri, etdiyi səhvləri və öyrənməyə niyə davam etdiyini də bölüşərsə, görüş daha inandırıcı və faydalı olar.

Bəzi görüşlər məktəbdən kənarda da davam edə bilər. İş yerinin imkanları uyğun olduqda, məktəbin təşkilatçılığı ilə emalatxanaya, istehsalat müəssisəsinə, təsərrüfata və ya başqa iş mühitinə təlim məqsədli səfər planlaşdırmaq mümkündür. Belə səfərlər uşaqların yaşına, təhlükəsizlik tələblərinə və öyrənmə məqsədinə uyğun təşkil edilməlidir.

Proqramın bütün ailələr üçün əlçatan olması da vacibdir. İş qrafiki və ya başqa səbəblərlə məktəbə gələ bilməyən valideynə onlayn qoşulmaq, qısa video hazırlamaq və ya uyğun vaxt seçmək imkanı verilə bilər. Ailə vəziyyəti nəzərə alınaraq uşağın həyatında qayğı göstərən başqa bir böyüyün iştirakı da mümkün olmalıdır. Heç bir uşaq ailəsinin iştirak imkanına görə kənarda qalmamalıdır.

Müəllim bu prosesin pedaqoji rəhbəridir: mövzunu yaş qrupuna uyğunlaşdırır, fəaliyyəti planlaşdırır və bütün uşaqların iştirakını təmin edir. Valideynin töhfəsi müəllimin işini tamamlayır. Görüş zamanı ayrı-ayrı şagirdlərin qiymətləri, davranış çətinlikləri və ailə məsələləri ümumi müzakirəyə çıxarılmamalıdır.

Valideynin məktəb həyatını yaxından görməsi gələcəkdən qarşıya çıxan çətinlikləri daha anlayışla qarşılamasına kömək edə bilər. Lakin məqsəd onun problemlərə göz yumması deyil. Əksinə, açıq məktəb mühiti valideynin narahatlığını rahat ifadə etdiyi, məktəbin isə bunu dinləyib həll yolları axtardığı münasibət yaratmalıdır. Etimad problemlərin gizlədilməsindən yox, onlara məsuliyyətlə yanaşmaqdan doğur.

Bu modeli əvvəlcə bir neçə sinifdə sınaqdan keçirmək, müəllim, şagird və valideyn rəyləri əsasında təkmilləşdirmək olar. Qiymətləndirmə yalnız neçə görüş keçirildiyini saymaqla bitməməlidir: uşaqlar nə öyrəniblər, müxtəlif ailələr nə dərəcədə iştirak edə biliblər, ünsiyyət yaxşılaşıbmı və proqram müəllimin iş yükünə necə təsir edib? Davamlılıq bu suallara verilən cavablardan asılıdır.

Bu qeyd etdiklərim hansısa bir nəzəri fikir deyil, artıq on ilə yaxındır ki, Hədəf Liseyində Hədəf Konsepti əsasında “Valideyndən balabilgəyə” adı ilə həyata keçirir, nəticəsini də görürük. Ona görə də düşünürəm ki, bu tədriq planına elə “Valideyn saatı” adı ilə qeyd edilərək əməl edilsə, bu gün cəmiyyətimizdə olan məktəb-valideyn qarşıdurmalırının qarşısını qısa zamanda ala bilər, təhsil keyfiyyətinə xüsusi təsir edə bilərik.

Sinif mühitini zənginləşdirmək üçün hər zaman böyük büdcələrə ehtiyac yoxdur. Bəzən məktəbin qapısını məqsədli əməkdaşlığa açmaq kifayətdir. Valideyn öz təcrübəsi ilə uşağın öyrənməsinə qoşulduqda, məktəblə ailə arasındakı dairə söz olmaqdan çıxıb gündəlik fəaliyyətə çevrilə bilər.

P.S. Məqaləyə əlavə edilmiş şəkillər “Valideyndən balabilgəyə” layihəsinin real şəkillərdir və həmçinin öz instaqram profilimdə belə bir saatın ayrılmasına razısınızmı sualına 289 nəfərdən 90 faiz valideyn, müəllim “bəli” cavabını verib. Bu da onu deməyə əsas verir ki, əksəriyyətin asanlıqla qəbul edəcəyi bir məsələdir və faydalı olacağına inanırlar.














 


Oxunub: 26
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 10:55 | 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
    Bu gün, 10:54 | “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
    Bu gün, 10:26 | “TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
    Bu gün, 10:19 | C5-DƏN C6-YA TARİXİ KEÇİD... - Azərbaycanın Mərkəzi Asiya həmləsi
    Bu gün, 10:12 | VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?
    Bu gün, 10:03 | AFFA UEFA-nın qərarına qarşı çıxıb
    Bu gün, 09:55 | Elvin Mahmudzadə həbs edildi
    Bu gün, 09:53 | Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - Foto
    Bu gün, 09:44 | İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
    Bu gün, 09:13 | İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək"
    Bu gün, 09:04 | Misli Premyer Liqasında VII tur başlayır: "Neftçi" "Sabah"a, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı
    Bu gün, 07:56 | Vətəndaşın pensiyasına təsir edəcək QƏRAR - VİDEO
    Bu gün, 07:54 | Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Bu gün, 00:00 | Hadrutun işğaldan azad edilməsindən 6 il ötür
    Dünən, 20:32 | Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
    Dünən, 19:56 | Cəbrayılda mina partlaması nəticəsində yaralanan gəncin vəziyyəti ağırdır - YENİLƏNİB
    Dünən, 19:54 | Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
    Dünən, 19:52 | Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video
    Dünən, 19:39 | Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı
    Dünən, 19:33 | Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
    Dünən, 19:27 | Azərbaycanın cüdo tarixində rekord...
    Dünən, 19:25 | Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia
    Dünən, 17:01 | “Qızım iki ildən çoxdur komadadır, ekspertiza nəticələri saxtalaşdırılır...”
    Dünən, 16:59 | Gözlərinizi qorumaq üçün məsləhətlər
    Dünən, 16:57 | Hərbi xidmətə gedənlərlə bağlı VACİB AÇIQLAMA
    Dünən, 16:56 | Cəbrayılda mal-qara otaran şəxs minaya düşdü
    Dünən, 16:54 | Ermənistan bu ölkələr üçün viza qaydalarını dəyişdi
    Dünən, 13:43 | Paşinyandan Medvedevə kinayəli cavab: "Əsl təhlükənin rusiyalaşmaq olduğunu deyə bilərik"
    Dünən, 13:36 | Bakıya leysan yağacaq, şimşək çaxacaq
    Dünən, 13:32 | Adı qalmaqalda çəkilən lisey direktoru işdən çıxdı - Foto
    Dünən, 11:15 | Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
    Dünən, 11:11 | "Patriot" parkında növbəti korrupsiya skandalı - Milyardlıq tenderlər, milyonluq faizlər....
    Dünən, 11:06 | Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
    Dünən, 10:58 | "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir" - Prezident
    Dünən, 10:31 | Prezident İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir - FOTOLAR (Yenilənib)
    Dünən, 10:10 | MAĞAZALARDA “50% ENDİRİM” TƏLƏSİ ... – Alıcılar necə aldadılır?
    Dünən, 09:50 | Azərbaycan nefti kəskin bahalaşdı
    Dünən, 09:25 | İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto
    Dünən, 09:01 | KORRUPSİYA FAKTINI İFŞA EDƏNLƏR ÜÇÜN MÜKAFAT... – Nə qədər pul veriləcək, riski varmı?
    Dünən, 08:20 | Pentaqon əmr gözləyir: İran hər an bombalana bilər
    Dünən, 08:10 | Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi
    Dünən, 08:07 | Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
    Dünən, 08:01 | Tramp: Ola bilsin, dünyanın tamamilə məhv edilməsinin qarşısını almışam
    Dünən, 07:57 | Payızda arzuları gercəkləşəcək BÜRCLƏR
    Dünən, 07:56 | Səhərlər öskürək xərçəngdən ola bilər – Diqqət!
    Dünən, 00:53 | 400 manat maaşla 4 uşaq saxlayıram - VİDEO
    Dünən, 00:39 | Quranda adı çəkilən bu quşu möcüzəvi edən NƏDİR?
    Dünən, 00:23 | Sabah bəzi ərazilərdə işıq olmayacaq - SİYAHI
    Dünən, 00:11 | Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqləndi, qadağalar müəyyənləşdi
    Dünən, 00:08 | Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.