Vətəndaşın pensiyasına təsir edəcək QƏRAR - VİDEO
Vətəndaşların əmək haqqından dövlət sosial müdafiə fonduna ödənilən sosial sığorta haqqlarının fərdi hesaba köçürülən hissəsi azaldılır. Yəni indiyədək əməkhaqqından fərdi hesaba köçürülən məbləğ 90 faiz idisə qanunvericiliyə edilən dəyişikliyə əsasən 80 faiz olması nəzərdə tutulur. Bəs bu nə deməkdir və pensiyalara necə təsir edəcək? İqtisadçı ekspert Əli Əhmədov deyir ki, bu o deməkdir ki vətəndaş fərdi hesabına əvvəlkindən daha az məbləğdə toplaya biləcək bu da onun pensiya təminatına təsir edəcək. Məsələn, indi 1200 manat gros əməhaqqı alan vətəndaş dövlət sosial müdafiə fonduna 300 manat ödəyir onun 270 manatı onun fərdi hesabına gedir, 30 manat isə indiki pensiyaçıların pensiya ödənilməsinə sərf olunur. Yəni hər ay vətəndaş fərdi hesabına 270 manat yatıra bilir, nəticədə bu qayda ilə 25 il işləyən şəxs pensıyaya çıxanda 562 manat pensiya alacaq . Bəs yeni qaydalara əsasən bu pensiya məbləği nə qədər dəyişəcək? Mediaxeberleri.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 





















