Vətəndaşların DİQQƏTİNƏ: Bank kartı ilə bağlı dələduzluq edən şəxslərdən necə qorunmaq olar? - VİDEO
Sosial şəbəkələrdə bank kartı məlumatlarının oğurlanması ilə bağlı yeni səs yazısı paylaşılıb. Mediaxeberleri.Az-ın məlumatına görə, bu dəfə kibercinayətkarlar sadə vətəndaşlara şəxsi məlumatları ilə bağli daha dolğun informasiya verərərək onları aldadırlar. Sosial şəbəkələrdə yayılan sözügedən səsdə bildirilib ki, kibercinayətkarlar vətəndaşın bank kartı haqqında xeyli məlumata malikdirlər. Hətta kartdakı rəqəmləri belə düzgün bilirlər. Vətəndaşlar bəzən özləri də bilmədən, həmin zəng edən şəxslərin istədiyi məlumatı ona ötürürlər. Nəticədə isə kiberdələduzların qurbanına çevrilirlər. Bəs həmin dələduzlarda şəxsi məlumatlarla bağlı geniş informasiya hardandır? İKT mütəxəssisi Azər Əlili bildirib ki, əvvəlcə şəxs haqqında açıq internet mənbələrində olan məlumatlar əldə olunur. Bundan başqa, əgər kimsə nə vaxtsa kartdan karta köçürmə əməliyyatı edibsə, artıq kartın üstündəki 16 rəqəmi bölüşmüş sayılır. Mütəxəssis əlavə edib ki, şəxsiyyət vəsiqəsi, yaşadığınız ünvan, doğum tarixi və kart məlumatları - bunlar hamısı məxfi olmalıdır. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda polisə məlumat versinlər: “Bu cür hallarla üzləşən vətəndaşlar DİN-in “102” xidməti, eləcə də sosial şəbəkələrdəki nazirliyin səhifələrinə yaza bilərlər”. Ətraflı süjetdə: