Bu oğlan çempionların qənimidir
"Tottenhem"in hücumçusu Son Hın-Min İngiltərə Premyer Liqası tarixində 4 müxtəlif mövcud çempiona qol vuran ilk oyunçu olub. Mediaxeberleri.AZ xəbər verir ki, "mahmızlar"ın 31 yaşlı futbolçusu ötən gün Premyer Liqanın 14-cü turunun "Mançester Siti" ilə matçında (3:3) qol vurub. Cənubi koreyalı forvard “Liverpul”, “Çelsi” və “Lester”ə qarşı matçlarda qol vurmağı bacarırıb. Bu komandaların hamısı koreyalıların onlara qarşı qol vurduğu dövrlərdə mövcud çempionlar olub. Bu mövsüm Son Hın-Min İngiltərə Premyer Liqasında 14 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib. Qeyd edək ki, 14 turdan sonra "Tottenhem" 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Oxunub: 841
Xəbəri paylaş
Paylaş: