Şəhid anası qarət edildi – DİN-dən açıqlama
Xəbər verdiyimiz kimi, Neftçala rayonunda şəhid Telman Kəlbiyevin 72 yaşlı anası Dilşad Kəlbiyevanın tək olduğundan istifadə edən maskalı şəxslər evə daxil olub, ona bıçaqla hədə-qorxu gələrək, evdə olan 800 manat pulu oğurlayıblar. DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Medıaxeberlerı.Az-a verdiyi açıqlamasında hadisə ilə bağlı araşdırılma aparıldığını bildirib: “Cinayətkarların saxlanılması üçün zəruri tədbirlər görülüb. Mətbuata açıqlama veriləcək”.
Oxunub: 675
Xəbəri paylaş
Paylaş: