Şenol Günəş Azərbaycan millisinin baş məşqçisi ola bilər
“Beşiktaş”dan ayrılan Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər. Türkiyə mətbuatının yaydığı xəbərə görə, Canni De Byazinin istefasından sonra yeni baş məşqçi axtarışında olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəhbərliyinin namizədləri arasında Şenol Günəş də var. Qeyd edək ki, 71 yaşlı mütəxəssis 2002-ci ildə Türkiyə millisi ilə dünya çempionatında 3-cü yeri tutub. Mənbə: Sporx.com
Oxunub: 551
Xəbəri paylaş
Paylaş: