Zorlamada ittiham olunan futbolçuya hökm oxunacaq: Prokuror bu qədər iş istədi
"Barselona"nın və Braziliya millisinin keçmiş oyunçusu Dani Alves 9 il müddətinə həbs edilə bilər. Mediaxeberleri.Az xəbər verir ki, İspan prokurorları bu tələblə məhkəməyə müraciət ediblər. Ötən ilin dekabr 30-da Barselonadakı gecə klubunda qıza təcavüz etməkdə ittiham olunan 40 yaşlı braziliyalı futbolçu məhkəmə qarşısına çıxacaq. Avqust ayında braziliyalıya qarşı ittiham irəli sürülüb və bu ay məhkəmə mühakimənin başlaması üçün kifayət qədər dəlil olduğunu söyləyib. Məhkəmənin vaxtı hələ təyin edilməyib. Alves razılıq əsasında cinsi əlaqədə olduğunu iddia edərək hər hansı qanun pozuntusunu rədd edir. Prokurorlar həmçinin Alvesdən qurbana 150.000 avro təzminat ödəməsini və 10 il ərzində onunla hər hansı əlaqəni qadağan etməyi tələb edirlər. Onlar həmçinin Alvesin cəzasını çəkdikdən sonra 10 il müddətinə nəzarət altında qalmasını istəyirlər.