Yağış suları Zabrat sakinlərini çətin vəziyyətə salıb - VİDEO
Paytaxtın Zabrat 1 qəsəbəsində “kərpic zavodu” adlanan ərazidə yağış suları ərazidəki yolları keçilməz hala salıb. Son yağıntlar nəticəsidə nəinki küçələrdə, hətta həyətlərdə də su gölməçələri əmələ gəlib. Sakinlər bildirirlər ki, yağıntının çox düşdüyü günlərdə çirkab su hətta mənzillərin döşəmələrinə qədər qalxır. Qəsəbəyə sərnişin daşıyan marşut avtobusları da bu məhəllədən çətinliklə keçir. “Xəzər Xəbər” məsələ ilə bağlı aidiyyəti quruma məlumat verdikdən sonra qısa müddət ərzində məhəllədəki yağış suları qəza briqadasının köməyi və xüsusi nasoslar vasitəsi ilə kənarlaşdırılıb. “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından bu cür bir neçə ünvanda yağış sularının hər hansı bir istiqamətdə axıdılmasında çətinliklər yaranıb. Baş plana əsasən Bakıətrafı ərazilərdə də kanalizasiya infrastrukturunun mərhələlərlə qurulması nəzərdə tutulub. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: