AVRO-2024: Xorvatiya final mərhələsində, Türkiyə qrup lideri olub - VİDEO
Bu gün Avro-2024-ün seçmə mərhələsinə yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, son gündə B, D və İ qruplarında 10-cu turun oyunları keçirilib. D qrupunda yer alan Xorvatiya Ermənistana qalib gələrək Avro-2024-ə vəsiqəni təmin edib. Türkiyə millisi ilə Uelslə heç-heçə edib. Beləliklə, Xorvatiya, Fransa, Belçika, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, İsveçrə, Rumıniya, Serbiya, İtaliya, Çexiya Sloveniya, eləcə də turnirin təşkilatçısı kimi Almaniya Avro 2024-ə vəsiqə qazanıb. Daha dörd iştirakçı pley-offun nəticələrinə əsasən müəyyənləşəcək. Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. 21 noyabr Avro-2024, seçmə mərhələ, 10-cu tur B qrupu Cəbəllütariq - Niderland - 0:6 Qollar: Stenqs, 10, 50, 62, Viffer, 23, Koopmeyners, 38, Qakpo, 81 Yunanıstan - Fransa - 2:2 Qollar: Bakasetas, 56, İoannidis, 61 - Muani, 42, Fofana, 74 Xal durumu: Fransa – 22, Niderland – 18, Yunanıstan – 13, İrlandiya – 6, Cəbəllütariq – 0. D qrupu Xorvatiya - Ermənistan - 1:0 Qol: Budimir, 43 Uels - Türkiyə - 1:1 Qollar: Uilyams, 7 – Yazıçı, 70-pen. Xal durumu: Türkiyə – 17, Xorvatiya – 16, Uels – 12, Ermənistan – 8, Latviya - 3. İ qrupu Andorra - İsrail - 0:2 Qollar: Çervos, 29-avtoqol, Kinda, 81 Kosovo - Belarus - 0:1 Qol: Antilevski, 43 Rumıniya - İsveçrə - 1:0 Qol: Alibek, 50. Xal durumu: Rumıniya – 22, İsveçrə - 17, İsrail – 15, Belarus – 12, Kosova – 11, Andorra – 2.