40 qol vursa, bu qədər bonus alacaq
"Bayern"in hücumçusu Harri Keynin bu mövsüm vuracağı 40 qola görə nə qədər mükafat alacağı məlum olub. Mediaxeberleri.Az xəbər verir ki, ingilis futbolçunun imzaladığı müqaviləyə əsasən 40 qol vurarsa, əlavə olaraq 250 min avro qazanacaq. Bu, sözləşmədəki bonuslar bəndində öz əksini tapıb. Bu yay 95 milyon avroya “Tottenhem”dən “Bayern”ən keçən Harrinin həftəlik məvacibi 480 min avrodur. Qeyd edək ki, o, Münhen komandasının heyətində ümumilkdə 16 oyun keçirib, 21 qol vurub və 7 məhsuldar ötürmə edib.
Oxunub: 370
Xəbəri paylaş
Paylaş: