Aztəminatlı ailələrə kart veriləcək: Onunla marketdən bu məhsulları almaq olar
Estoniyada yoxsullara ərzaq kartları paylanılır. Mediaxeberleri.Az xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 30-da Estoniyada yoxsullar üçün ərzaq kartları sistemi fəaliyyətə başlayıb. Bu barədə məlumatı ölkənin Sosial Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Kartdan istifadə edənlərin zəruri məhsulları ala biləcəkləri qeyd olunur. Məlumata görə, əvvəllər yoxsullara yardımlar Ərzaq Bankı vasitəsilə paylanılıb. İşçilər supermarketlərdən satılmayan malları toplayıb, ehtiyacı olanlar üçün ərzaq səbətləri hazırlayırdılar. Lakin çox vaxt insanlar ehtiyac duyulmayan mallar alırdılar. İndi aztəminatlı insanlara ərzaq kartları veriləcək ki, onlar bu kartlarla hər rübdə 30 avroluq ərzaq ala bilərlər. Diqqətə çatdırılıb ki, kartla tütün məmulatları, spirtli içkilər və lotereya biletləri almaq mümkün olmayacaq.