Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
Qazaxda zəhərlənmə hadisəsi baş verib. Hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V.Məmmədov Kəmərli kəndində evdə dəm qazından boğularaq ölüb. 49 yaşlı kişinin meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 15
Xəbəri paylaş
Paylaş:





















