Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • “KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
  • Uşağını peyvənd etdirməyən valideynlərin NƏZƏRİNƏ: Sağalmaz tetanus, göyöskürək, qızılca, difteriya qapıda...
  • Azərbaycan rekord göstəriciyə imza atdı: BMT-nin hesabatında 36 pillə yüksəldi
  • Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir?
  • Putinin sərt bəyanatı Avropada təşviş yaratdı
  • Yeni direktor təmir adı altında PUL YIĞDIRIR? - İTTİHAM VAR...
  • 9 Milyonluq "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası - İLGİNC İDDİALAR
  • “Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
  • Orxanla birgə aptek müdiri də həbs edildi - DETALLAR
  • İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
  • Parataekvondoçumuz dünya çempionu oldu
  • Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
  • Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
  • Toyda oynamaq üstündə qan töküldü
  • Nar ixracına məhdudiyyət qoyula bilər – AQTA-dan xəbərdarlıq
  • ATA VƏ YA ANA ALİMENT ÖDƏMİRSƏ... - Uşağın hüquqları necə qorunur? + AÇIQLAMA
  • Sabiq təhsil nazirinə vəzifə verildi
  • Ordubadda ər-arvad eyni gündə vəfat etdi
  • Media subyektləri və fərdi jurnalist müsabiqələrində yeniliklər olacaq
  • BDU-nun yeni rektorundan ilk açıqlama - "Böyük vədlərlə başlamaq istəməzdim"
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?

  • Tarix: Bu gün, 13:46

Bir çoxları Çində ATEC tədbiri çərçivəsində keçirilən üçtərəfli Donald Tramp – Si Cinpin- Vladimir Putin görüşü ilə 1945-ci ilin fevralında ABŞ, SSRİ və Böyük Britaniya başçılarının keçirdiyi Yalta konfransı arasında paralellər aparsalar da, dünya mediasının diqqətini öncədən nədənsə, görüşdə müzakirə olunan məsələlərdən daha çox Çin rəhbərinin Trampı Putinlə müqayisədə daha təmtəraqla, şəxsən qarşılaması, eləcə də ATEC tədbiri çərçivəsində yaşanan digər detallar daha çox maraqlandırıb. Bunun özü ətrafında xeyli hay-küy yaradılan görüşdən ciddi nəticələrin çıxacağına - xüsusilə də Ukraynada sülhə nail olunacağına ümidlərin az olmasından xəbər verirdi...

Buna baxmayaraq, görüş ərəfəsində Qərb mətbuatına müsahibə verən Ukrayna Prezidenti Volodimir Zelenski bu üç liderin, "tək bir görüşdə" müharibəni dayandırmaq imkanına malik olduğunu bildirdi. Lakin bunun, Rusiyaya hansısa güzəştlər deyil, əksinə, Moskvaya təzyiq yolu ilə əldə edilməli olduğunu qeyd edib: "Əgər Çin və ABŞ sanksiyalar tətbiq edərsə, yaxud tətbiq edəcəklərini elan edərsə və Rusiya ilə bu ölkələr arasında ixrac və idxalı dayandırılarsa, bu, müharibənin sonu olacaq".

O qeyd edib ki, qlobal sabitlik bu cür əsas oyunçulardan asılıdır və əgər onlar müharibəni dayandırmasalar, deməli, onların buna heç bir marağı yoxdur. Məhz bu son fikir kifayət qədər məntiqlidir və Çindəki üçtərəfli görüş başa çatandan sonrakı ilkin təəsssüratlar Zelenskinin heç də haqsız olmadığından xəbər verir...

Görüşün açılışında çıxış edən Donald Tramp dünyanın üç ən böyük nüvə gücünün liderlərinin bir araya gəlməsini “tarix yazmaq” adlandırıb.

Çin lideri Si Cinpin sammitin qlobal miqyasda dönüş yaradan əhəmiyyətə malik olduğunu bildirib.

Vladimir Putin isə İkinci Dünya müharibəsinin qalib dövlətləri kimi Rusiya, Çin və ABŞ-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında birgə məsuliyyət daşıdığını vurğulayıb: "Üç dövlətimizi təkcə İkinci Dünya Müharibəsində qalib ölkələr statusu deyil, həm də ən əsası beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün ortaq məsuliyyətləri birləşdirir".



Rusiya liderinin bu açıqlaması bir daha “dünyanı nüfuz dairələrinə bölmək” təşəbbüsünün daha çox Moskvadan gəldiyini göstərir. Lakin bu təşəbbüsün arxasında Rusiyanın Çin və ABŞ ilə müqayisə ediləcək nə iqtisadi, nə də texnoloji gücü görünür. Onun hərbi gücünün nədən ibarət olduğu isə Ukraynadakı savaşda bəlli oldu. Qalır yalnız nüvə gücü. Lakin ABŞ və Çinin sadəcə, nüvə kartını əsas götürərək belə bir “bölgüyə” getməsi o qədər də inandırıcı görünmür...

Hələ görüş ərəfəsində Tramp bildirib ki, liderlər Ukraynadakı müharibə də daxil olmaqla "bütün qlobal məsələləri" müzakirə edəcəklər. O, məhz Ukrayna məsələsini Putinlə "uzun müddət" müzakirə etdiyini qeyd edib.

Tramp bu müharibənin sona çatacağına dair də nikbin danışıb: "Düşünürəm ki, bu baş verir. İnanıram ki, o (Putin) və ümid edirəm ki, digər tərəf də həmçinin bu müharibənin sona çatmasını görmək istəyəcək".

Tramp həmçinin Vaşinqton, Moskva və Pekinin nüvə silahı məsələlərində əməkdaşlıq etməli olduğunu bildirib.

Si Cinpin isə nüvə silahlarının tamamilə qadağan edilməsinə və məhv edilməsinə çağırıb. O, nüvə müharibəsində qalib gəlməyin mümkün olmadığını vurğulayıb.

Beləliklə, ABŞ, Çin və Rusiya liderləri arasında üçtərəfli görüş başa çatdı. Görüşdən sonra Si Cinpin Vladimir Putini öz avtomobilinə qədər müşayiət etdi.




Donald Tramp isə zirvə toplantısını bir neçə dəqiqə tez tərk edərək hava limanına yola düşdü. Mətbuata birgə açıqlama verilmədi, brifinq keçirilmədi. Sanki hərə öz sözünü dedi və dağılışdılar...

Üç ölkənin liderləri sadəcə, "Sülh haqqında Birgə Bəyannamə" qəbul etdilər. 4 bənddən ibarət sənəddə aşağıdakı əsas razılaşmalar əksini tapıb:

-BMT-də islahatlar: BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Çin və Rusiya təşkilatın qlobal çağırışlara daha effektiv cavab verməsi üçün BMT-də islahatların aparılmasını dəstəklədiklərini bəyan ediblər.

-Nüvə təhlükəsizliyi: Liderlər nüvə müharibəsində qalibin ola bilməyəcəyini və bu müharibənin heç vaxt başladılmamalı olduğunu təsdiqləyiblər. Tərəflər nüvə risklərinin azaldılması üzrə dialoq aparmaq barədə razılığa gəliblər.

-Enerji bazarı: Üç ölkə qlobal rifah naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmağı, sabit enerji axınını təmin etməyi planlaşdırır.

-Beynəlxalq məhkəmələr: Dövlət başçıları rəsmi şəxslərin toxunulmazlığına hörmətin vacibliyini vurğulayaraq, Beynəlxalq Cinayət Məhkəməsi və digər oxşar qurumların öz səlahiyyətlərindən sui-istifadə etməməli olduğunu bildiriblər.

Ukrayna müharibəsi başda olmaqla, yuxarıda sadalanan bütün istiqamətlərdə təhdid yaradan münaqişələrin birgə həlli üçün hər hansı addıma dair hətta memorandum, bəyannamə səviyyəsində də heç nə yoxdur. Hələ onu demirik ki, BMT-də islahatdan bəhs edən liderlərin ortaq bəyənnaməsində BMT-nin və beynəlxalq hüququn təməl prinsiplərindən olan ölkələrin ərazi bütövlüyünün, sərhədlərinin və suverenliyinin toxunulmazlığı barədə də bir kəlmə belə yoxdur. Əvəzində, beynəlxalq məhkəmələrin fəaliyyəti sual altına alınır ki, bu da böyük ehtimalla məlum liderlərin şəxsi maraqlarından və təşəbbüslərindən irəli gələn məsələdir...  

Bəs bundan sonra konkret nəticə və real addımlar olacaqmı? Məsələn, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov görüşdən sonra o qədər də optimist görünmürdü. O, hətta Kreml müxbiri Pavel Zarubinin nəticələrlə bağlı sualına kobudluqla cavab verib.Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Ukrayna mövzusu üçtərəfli sammitdə ümumiyyətlə, "mərkəzi mövzu olmayıb".




Görüşdən sonra rusiyalı jurnalistlərin gələcəklə bağlı sualına cavab verən Putin özü deyib ki, “gələcəkdə nə olacağını heç kim bilmir, yalnız Allah bilir”. Həmçinin əlavə edib ki, üçtərəfli görüşdə hər hansı bir razılaşma olmasa da, tərəflər bir-birinə öz mövqeyini çatdıra biliblər. Ən əsası isə bildirib ki, Krım körpüsü vurulduğu üçün qarşı tərəflə heç bir razılaşma olmayacaq. Sanki yoxsa razılaşma olacaqdı və buna qədər Rusiya özü Ukraynadakı körpüləri və mülki obyektləri vurmurdu...

Beləliklə, ümumilikdə müşahidəçilər görüşün əhəmiyyətli və müsbət nəticələrinə o qədər də inanmırlar. Çünki tərəflərin “çəki dərəcələri” fərqlidir, onlar hər hansı münaqişədə eyni cəbhədə iştirak etməyiblər, hansısa ortaq düşmənə qalib gəlməyiblər, maraqları bir-birilə olduqca ciddi ziddiyyət təşkil edir və onları Yalta konfransındakı “müttəfiqlər” adlandırmaq olduqca çətindir, hətta mümkünsüzdür. Ancaq hər halda, bu görüşün real nəticə verib-vermədiyini yaxın zamanda görəcəyik. Xüsusilə Ukraynada və İranda... 

Hələliksə görünən odur ki, 21-ci əsrdə Azərbaycanın 44 günlük haqq savaşı kimi nadir nümunələr istisna olmaqla, böyük müharibələrdə qələbəni yalnız həmin müharibələrdə iştirak etməyənlər qazanır və dünya 3-dən, hətta 5-dən də də xeyli daha böyükdür. Ona görə də yeni dünyada Yalta Konfransının, yaxud Potsdam Konfransının prototipi ola biləcək toplantılar artıq aktual deyil...    

Elxan Qüdrətoğlu

“AzPolitika.info”  


Oxunub: 14
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 13:46 | “KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
    Bu gün, 13:39 | Uşağını peyvənd etdirməyən valideynlərin NƏZƏRİNƏ: Sağalmaz tetanus, göyöskürək, qızılca, difteriya qapıda...
    Bu gün, 13:28 | Azərbaycan rekord göstəriciyə imza atdı: BMT-nin hesabatında 36 pillə yüksəldi
    Bu gün, 13:04 | Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir?
    Bu gün, 12:46 | Putinin sərt bəyanatı Avropada təşviş yaratdı
    Bu gün, 12:43 | Yeni direktor təmir adı altında PUL YIĞDIRIR? - İTTİHAM VAR...
    Bu gün, 12:36 | 9 Milyonluq "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası - İLGİNC İDDİALAR
    Bu gün, 12:34 | “Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
    Bu gün, 12:30 | Orxanla birgə aptek müdiri də həbs edildi - DETALLAR
    Bu gün, 12:27 | İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
    Bu gün, 12:24 | Parataekvondoçumuz dünya çempionu oldu
    Bu gün, 12:19 | Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
    Bu gün, 12:17 | Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
    Bu gün, 12:14 | Toyda oynamaq üstündə qan töküldü
    Bu gün, 11:59 | Nar ixracına məhdudiyyət qoyula bilər – AQTA-dan xəbərdarlıq
    Bu gün, 11:55 | ATA VƏ YA ANA ALİMENT ÖDƏMİRSƏ... - Uşağın hüquqları necə qorunur? + AÇIQLAMA
    Bu gün, 11:51 | Sabiq təhsil nazirinə vəzifə verildi
    Bu gün, 11:40 | Ordubadda ər-arvad eyni gündə vəfat etdi
    Bu gün, 11:35 | Media subyektləri və fərdi jurnalist müsabiqələrində yeniliklər olacaq
    Bu gün, 11:33 | BDU-nun yeni rektorundan ilk açıqlama - "Böyük vədlərlə başlamaq istəməzdim"
    Bu gün, 10:58 | Rusiyadan Krım körpüsünün vurulmasına cavab – Paytaxt və iri şəhərlərə aramsız zərbələr endirilir
    Bu gün, 10:14 | “Atlant”ın rəhbəri vəfat etdi
    Bu gün, 09:09 | Dövlət İmtahan Mərkəzinin yeni sədri: NÖVBƏTİ TƏYİNAT...
    Bu gün, 09:04 | Misli Premyer Liqası: Bu gün "Zirə" "İmişli"nin, "Sabah" isə "Sumqayıt"ın qonağı olacaq
    Bu gün, 07:56 | Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
    Bu gün, 07:31 | Bakıda dayandırılan tikinti yenidən aparılır - VİDEO
    Bu gün, 07:28 | Göyçayda ağır qəza: ölən var
    Bu gün, 07:27 | Kök şirəsi orqanizmə belə zərər verə bilər
    Bu gün, 07:00 | Ağdamın işğaldan azad edilməsindən 6 il ötür
    Dünən, 22:08 | İcra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov Qazaxda ötən gün avtoqəza zamanı dünyasını dəyişən şəxslərin hüzr mərasimində iştirak edərək ailələrinə başsağlığı veriblər
    Dünən, 21:28 | Ağstafada növbəti monitorinq - Sahibkarlarla görüş oldu - Fotolar
    Dünən, 21:03 | Qazaxda YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub
    Dünən, 20:38 | 65 YAŞINA ÇATDILAR, AMMA PENSİYA HÜQUQU QAZANA BİLMƏDİLƏR... - 180 mindən çox insanın problemi + SƏBƏBİ
    Dünən, 20:11 | İrana qarşı əməliyyat qaçılmazdır - Netanyahu
    Dünən, 20:10 | Tiflisdə yaşayış binasında partlayış: Dörd nəfərin meyiti tapıldı
    Dünən, 20:06 | Dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı
    Dünən, 17:54 | Tbilisidə partlayış: dağıntılar altından bir uşaq sağ çıxarılıb - YENİLƏNİB
    Dünən, 17:52 | Putin Krım körpüsündən danışdı: Cavabımız daha ağır olacaq
    Dünən, 17:29 | Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib
    Dünən, 17:03 | 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxundu - 3 il həbs...
    Dünən, 17:02 | Sabah güclü külək əsəcək - Xəbərdarlıq
    Dünən, 17:00 | Əmrullayev Abbaszadəni rektor kimi kollektivə təqdim etdi
    Dünən, 16:20 | Məhkəmədən Rasim İldırımzadə ilə bağlı qərar...
    Dünən, 16:18 | Bakıda məşhur mebel mağazası bağlandı - Video
    Dünən, 14:30 | BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı
    Dünən, 14:28 | Hərbçilərin pensiyası necə hesablanacaq? – YENİ QAYDA
    Dünən, 13:52 | Pensiyaların tam ödəniləcəyi tarix açıqlandı
    Dünən, 13:50 | Dəhşətli qəzada ölənlər tanınmış şəxsin oğlu və nəvələri imiş - Foto
    Dünən, 13:31 | Gəncə Dövlət Universitetində "Mənəvi dəyərlər" günü keçirilib - Foto
    Dünən, 13:08 | Qazaxda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı açıqlama
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.