Mediaxeberleri.az
    
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı

Son xəbərlər :
  • Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
  • Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
  • Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
  • TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
  • Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
  • İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
  • Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
  • Bu şəxslər 700 manatadək cərimələnəcək
  • Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
  • Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
  • İsa Qəmbər ölkədən çıxa bilmədi
  • Sumqayıtda bu yol yenə çökdü - Foto
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
  • İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
  • İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
  • "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
  • “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
  • "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
  • "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...

  • Tarix: Bu gün, 18:32

Tətbiq edilən məhdudiyyətlər də kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər məhdudlaşdırmaların daha da ciddiləşdirilməsini təklif edirlər. 

Azərbaycanda kartdan-karta köçürmələrin həcminin sürətlə artması Mərkəzi Bankın narahatlığına səbəb olub. Mərkəzi Bankın sədri Taleh Kazımov 2025-ci ildə bu əməliyyatların həcminin 66 milyard manata çatdığını, 2026-cı ilin avqust ayına qədər isə 48 milyard manat təşkil etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qədər böyük dövriyyəni yalnız vətəndaşlar arasında şəxsi pul köçürmələri ilə izah etmək mümkün deyil. T. Kazımov bəzi əməliyyatların vergidən yayınma, qanunsuz mərc oyunlarının təşkili və digər qeyri-qanuni fəaliyyətlərlə əlaqəli olduğunu bildirib. Məhz bu riskləri nəzərə alaraq bank sektorunda kartlara gündəlik beş mədaxil əməliyyatı və aylıq 20 min manat limitinin tətbiqi dəstəklənib. Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?

Vergidən yayınma riski artır

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, kartdan-karta köçürmələrin iqtisadi mahiyyət baxımından nağd pulun əlbəəl verilməsindən ciddi fərqi yoxdur. Onun sözlərinə görə, bir şəxs digərinə 100 manat nağd pul verdikdə bu əməliyyat necə rəsmiləşdirilmədən həyata keçirilə bilirsə, kartdan-karta köçürmə zamanı da eyni vəziyyət yarana bilər. Bu baxımdan, əsas məsələ pulun hansı formada ötürülməsi deyil, əməliyyatın iqtisadi mahiyyəti və vergitutma baxımından necə rəsmiləşdirilməsidir.

Ekspert bildirib ki, kartdan-karta köçürmələr banklar üçün də xüsusi gəlir mənbəyi hesab olunmur. Belə əməliyyatlarda bankların gəlirləri məhdud olur, müəyyən məbləğədək köçürmələr komissiyasız həyata keçirilir, limit aşıldıqda isə xidmət haqqı tətbiq edilir.

X. Kərimlinin fikrincə, hazırda tətbiq edilən məhdudiyyətlərin əsas səbəblərindən biri fiziki şəxslərin şəxsi bank kartlarından sahibkarlıq fəaliyyəti və vergidən yayınma məqsədilə istifadə edilməsinin qarşısını almaqdır. O qeyd edib ki, bank sektorunda tətbiq olunan qaydalara əsasən, adi debet və kredit kartlarına gündəlik beşdən artıq mədaxil əməliyyatı və ay ərzində 20 min manatdan çox vəsait daxil olması standartdan kənar hal kimi qiymətləndirilir. Lakin vətəndaş banka müraciət edərək əməliyyatlarının mahiyyətini əsaslandıra bilsə, bu məhdudiyyətlər aradan qaldırıla bilər. Söhbət VÖEN-ə bağlı biznes kartlarından deyil, fiziki şəxslərin şəxsi kartlarından gedir.

Məhdudiyyətlər qeyri-rəsmi dövriyyəni azaldacaqmı?

Ekspert hesab edir ki, Mərkəzi Bank və bank sektoru vergidən yayınma hallarının geniş yayılması üçün əlverişli şəraitin qalmasında maraqlı deyil. Onun sözlərinə görə, ölkədə əhalinin orta gəlirləri və adambaşına düşən ümumi daxili məhsul göstəriciləri məlumdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi vətəndaşın hesabına hər ay 20 min manatdan artıq vəsait daxil olmasının iqtisadi əsaslandırılması suallar doğurur.

X. Kərimli digər risk kimi qanunsuz sahibkarlıq fəaliyyətini, qumar və mərc oyunlarını, eləcə də onlayn kazinolarla əlaqəli pul köçürmələrini göstərib. Onun fikrincə, tətbiq edilən məhdudiyyətlər bu cür qeyri-qanuni maliyyə əməliyyatlarının qarşısının alınmasına xidmət edir.

Ekspert hesab edir ki, yeni qaydalar kartdan-karta köçürmələrin ümumi dövriyyəsinin artımını məhdudlaşdıracaq. Bununla belə, vergidən yayınmaq istəyən şəxslərin müxtəlif banklardan və başqa insanların adlarına kartlar əldə etməklə mövcud məhdudiyyətləri aşmağa çalışdıqlarını da istisna etmir. Belə ki, hazırkı qaydalar hər bank üzrə kartlara tətbiq edildiyindən, bir şəxsin müxtəlif banklarda kart açdıraraq əməliyyatlarını bölüşdürməsi mümkündür.

Bununla belə, X. Kərimli hesab edir ki, bu üsul da sonsuz imkan yaratmır və müəyyən mərhələdə öz məhdudiyyətinə çatacaq.

Kart sayına da məhdudiyyət qoyulmalıdır

Bank məsələləri üzrə ekspert Emin Kərimov da hesab edir ki, kartdan-karta köçürmələrin həcminin bu qədər artması arzuolunan hal deyil. Onun fikrincə, bu göstəricilər kart əməliyyatlarının yaratdığı rahatlıq və mövcud nəzarət mexanizmlərindəki boşluqlardan bəzi sahibkarlıq subyektlərinin, xüsusilə kiçik və orta biznes nümayəndələrinin vergidən yayınmaq məqsədilə istifadə etdiyini göstərir.

E. Kərimov bildirib ki, kartdan-karta əməliyyatlara gündəlik say və aylıq məbləğ limiti tətbiq edilməsi ilə yanaşı, bir şəxsin adına açılan kartların sayına da məhdudiyyət qoyulmalıdır. Çünki mövcud qaydalar əməliyyatların alternativ yollarla davam etdirilməsinə imkan yaradır. Belə ki, şəxs öz adına müxtəlif banklardan, eləcə də yaxınlarının adına əlavə kartlar əldə etməklə müəyyən edilmiş limitləri faktiki olaraq aşa bilər.

Ekspertin sözlərinə görə, bəzi hallarda geniş filial şəbəkəsinə malik banklardan müxtəlif filiallar vasitəsilə çoxsaylı debet kartları sifariş etməklə də məhdudiyyətlərdən yayınmaq mümkündür. Bu baxımdan, yalnız əməliyyat sayına limit qoyulması gözlənilən nəticəni verməyə bilər.

E. Kərimov hesab edir ki, problemin həlli üçün bir şəxsin adına olan bütün kartlar üzrə əməliyyatlar vahid sistemdə birləşdirilməli, aylıq 20 min manatlıq limit fərdi qaydada hesablanmalıdır. Yəni vətəndaşın neçə bankda və neçə kartı olmasından asılı olmayaraq, ümumi dövriyyəsi nəzərə alınmalıdır. Limitin aşılması halında isə müvafiq nəzarət mexanizmləri işə düşməli, əməliyyatın xarakterindən asılı olaraq vergi orqanları tərəfindən araşdırma aparılmalıdır.

Ekspert əlavə edib ki, kartdan-karta köçürmələrdən istifadənin məhdudlaşdırılması ilə yanaşı, sahibkarların alternativ ödəniş vasitələrinə yönləndirilməsi də vacibdir. Bunun üçün POS-terminalların, mobil POS və QR ödənişlərinin təşviqi, banklar və elektron pul təşkilatları tərəfindən maarifləndirmə işinin gücləndirilməsi zəruridir.


Oxunub: 17
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    Bu gün, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    Bu gün, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    Bu gün, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    Bu gün, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    Bu gün, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    Bu gün, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    Bu gün, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    Bu gün, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    Bu gün, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    Bu gün, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Bu gün, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Bu gün, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Bu gün, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Bu gün, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Bu gün, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Dünən, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    Dünən, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    Dünən, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    Dünən, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    Dünən, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    Dünən, 19:25 | Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
    Dünən, 18:30 | İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
    Dünən, 18:27 | “Real” Kurtua ilə bağlı qərarını verdi
    Dünən, 18:25 | Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
    Dünən, 17:56 | Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi
    Dünən, 17:50 | DYP sürücülərə xəbərdarlıq etdi: Bu qaydalara əməl edin
    Dünən, 17:46 | Bu iki qidanı birlikdə yemək olar?
    Dünən, 17:03 | Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
    Dünən, 17:00 | Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
    Dünən, 16:56 | Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı
    Dünən, 16:46 | Elton qızına toy edir - VİDEO
    Dünən, 16:45 | Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
    Dünən, 16:43 | Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
    Dünən, 16:42 | Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
    Dünən, 15:32 | Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
    Dünən, 15:31 | Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
    Dünən, 14:42 | Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü
    Dünən, 14:38 | Xərçəng əleyhinə yeni preparat klinik sınaqlardan keçdi
    Dünən, 14:35 | AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
    Dünən, 14:30 | Müavinət və təqaüd alanların nəzərinə!
    Dünən, 13:46 | “KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
    Dünən, 13:39 | Uşağını peyvənd etdirməyən valideynlərin NƏZƏRİNƏ: Sağalmaz tetanus, göyöskürək, qızılca, difteriya qapıda...
    Dünən, 13:28 | Azərbaycan rekord göstəriciyə imza atdı: BMT-nin hesabatında 36 pillə yüksəldi
    Dünən, 13:04 | Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir?
    Dünən, 12:46 | Putinin sərt bəyanatı Avropada təşviş yaratdı
    Dünən, 12:43 | Yeni direktor təmir adı altında PUL YIĞDIRIR? - İTTİHAM VAR...
    Dünən, 12:36 | 9 Milyonluq "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası - İLGİNC İDDİALAR
    Dünən, 12:34 | “Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
    Dünən, 12:30 | Orxanla birgə aptek müdiri də həbs edildi - DETALLAR
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.