Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
Cənab Prezidentin hər sərəncamına hörmət və ehtiramla yanaşırıq. Yeni təyinat uğurlu olsun. Ümidvaram ki, hər şey yaxşı olacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Elçin Babayevin həyat yoldaşı, Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib. “Elçin müəllim hər zaman öz missiyasını vicdanla, zəhmətlə və sevərək yerinə yetirib”, - deyə qeyd edib. O, Elçin Babayevin vəzifəsindən çıxarılmasının Bakı Dövlət Universitetinin dosenti, baş müəllim Nərman Süleymanovun (Qocatürk) ölümü ilə hər hansı əlaqəsinin olmadığını bildirib: “Bunların bir-biri ilə heç bir əlaqəsi yoxdur". Qeyd edək ki, jurnalist Şərəf Cəlilli Kult.az-a açıqlamasında həyat yoldaşı Nərman Süleymanovun rektorun qurbanı olduğunu söyləyib.





















