İsa Qəmbər ölkədən çıxa bilmədi
Müsavat Partiyasının başqanı İsa Qəmbərin ölkədən çıxışına məhdudiyyət qoyulub. Mediaxeberleri.Az-ın xəbərinə görə, bu barədə İ.Qəmbər özü məlumat yayıb. O bildirib ki, məhdudiyyətin səbəbi açıqlanmayıb: “Bu gün - 21 noyabrda Berlində önəmli bir konfransa dəvətli idim. Bu gecə saat 4-ə uçaq biletim var idi. Hava alanında uçuşumu əngəllədilıər. Heç bir izahat vermədilər. Konfransa uğurlar arzulayıram”.
Oxunub: 12
Xəbəri paylaş
Paylaş:





















