“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
Misli Premyer Liqasında 12-ci tur davam edir. Mediaxeberleri.Az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb. “Şamaxı” öz meydanında “Turan Tovuz”la qarşılaşıb. Oyunda "Turan Tovuz" azlıqda qalsa da, 2:0 hesablı qələbə qazanıb. “Şəfa” isə Sumqayıtda “Qəbələ”ni qəbul edib. Görüş Qəbələ təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 21 noyabr (şənbə) 17:00. “Şəfa” - “Qəbələ” - 0:2 Qol: Şahin Şahniyarov, 59, Meşak Uboçioma, 90+2 14:30. “Şamaxı” - “Turan Tovuz” - 0:2 Qollar: Jo Batista, 34, İbrahima Vadji, 88 Qırmızı vərəqə: Xorxe Silva, 75 ("Turan Tovuz") 22 noyabr (bazar) 14:30. “Araz-Naxçıvan” - “Neftçi” 17:00. “Kəpəz” - “Qarabağ” 20 noyabr (cümə) “Sumqayıt” - “Sabah” - 1:5 “İmişli” - “Zirə” - 2:2 Bombardirlər: Breno Almeyda ("Neftçi") - 9 qol Coy-Lens Mikels ("Sabah") - 7 qol Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 5 qol Davit Volkov (“Zirə”) - 5 qol
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu, İnqilab Məmmədov (VAR), Cəmil Quliyev (AVAR)
“SOCAR Polymer Arena”
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov, Nicat İsmayıllı (VAR), Gülnurə Əkbərzadə (AVAR)
Şamaxı şəhər stadionu





















