"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan 12 günlük fasilə başa çatıb. Mediaxeberleri.Az xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə start verilib. 12-ci turun ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "İmişli" "Zirə"ni qəbul edib. Qonaqlar iki qolla hesabda önə çıxsalar da, meydan sahibləri Seyxan Fərəcovun dublu ilə bərabərliyi təmin edib. Fərəcov hər iki qolu penaltidən vurub. Digər görüşdə isə "Sabah" "Sumqayıt"ın qonağı olub. Matçda paytaxt təmsilçisi 5:1 hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində "Sabah" turnir cədvəlində liderliyə yüksəlib. 20 noyabr (cümə) 19:00.“Sumqayıt” – “Sabah” - 1:5 Qollar: Ksander Severina, 22 (0:1), Sedrik Badolo, 30 (1:1), İvan Lepiniça, 42 (1:2), Timoteuş Puxaç, 55 (1:3), Aleksey İsayev, 67 (1:4), Xəyal Əliyev, 75 (1:5) Qırmızı vərəqə: Lukas Blek, 32 ("Sumqayıt") 14:30.“İmişli” – “Zirə” - 2:2 Qollar: Davit Volkov, 44 (0:1), Rikardo Martins, 55 (0:2), Seyxan Fərəcov, 71-pen. (1:2), 76-pen. (2:2) 21 noyabr (şənbə) “Şamaxı” – “Turan Tovuz” “Şəfa” – “Qəbələ” 22 noyabr (bazar) “Araz-Naxçıvan” – “Neftçi” “Kəpəz” – “Qarabağ” Bombardirlər: Breno Almeyda ("Neftçi") - 9 qol Coy-Lens Mikels ("Sabah") - 6 qol Aleksey Kaşuk ("Qarabağ") - 4 qol Joarlem Santos ("Turan Tovuz") - 4 qol Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 4 qol
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev
VAR: Kamranbəy Rəhimov
AVAR: Kərim Zeynalov
Yevlax şəhər stadionu





















