UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur: Bu gün hansı oyunlar keçiriləcək?
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlar keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, A Liqasının IV qrupunda Danimarka Norveçlə, Uels isə Portuqaliya ilə üz-üzə gələcək. B Liqasının II qrupunda Macarıstan Şimali İrlandiyanı, Ukrayna isə Gürcüstanı qəbul edəcək. III qrupda İrlandiya Kosovo, İsrail isə Avstriya ilə qarşılaşacaq. IV qrupda Bosniya və Herseqovina Rumıniya ilə, Polşa isə İsveçlə münasibətlərinə aydınlıq gətirəcək. UEFA Millətlər Liqası A Liqası, IV qrup 23:45. Danimarka - Norveç; 23:45. Uels - Portuqaliya. B Liqası, II qrup 23:45. Macarıstan - Şimali İrlandiya; 23:45. Ukrayna - Gürcüstan. III qrup 23:45. İrlandiya - Kosovo; 23:45. İsrail - Avstriya. IV qrup 23:45. Bosniya və Herseqovina - Rumıniya; 23:45. Polşa - İsveç.





















