Bakıda obyekt yanır: bu yol bağlandı - Video
Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın başlayıb. Bu barədə Mediaxeberleri.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür. *** Paytaxtın Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın səbəbindən bu yolda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. "Prospekt ilə Əcəmi Naxçivani küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Hazırda polis və aidiyyəti qurumun əməkdaşları tərəfindən ərazidə zəruri tədbirlər görülür", - məlumatda qeyd edilib. Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.





















