Gürcüstan kilsələrinə qazı müftə verən Azərbaycanda: MƏSCİDİN QAZI KƏSİLDİ... - Naxçıvan dindarları GİLEYLƏNİR
Şərur şəhərində məscidin qazı kəsilib. Səbəb kimi məscidin Qaz İdarəsinə 3 min manata yaxın borcunun ödənilməməsi göstərilir.“Gündəlik Naxçıvan”a danışan dindarlar deyirlər ki, idarənin əməkdaşları bir neçə gün əvvəl qaz sayğacını plomblayıblar.Onların sözlərinə görə, hər ibadət vaxtı məscidə gələn 200-ə yaxın dindar indi soyuqda ibadət etməli olur. Dindarlar bildirirlər ki, məscidin aylıq qaz xərci 2 min manata yaxındır. Bu xərci kimin ödəyəcəyi isə onlara bildirilməyib.
Oxunub: 9
Xəbəri paylaş
Paylaş:





















